"Avropa Birliyi öz prioritetlərini yanlış istiqamətə yönəldir, ən böyük diqqəti Ukraynaya ayırmalıdır".
Axar.az xəbər verir ki, bu sözləri BBC telekanalına müsahibəsində amerikalı investor və maliyyəçi Corc Soros deyib.
"40 milyondan çox insan avropalı olmağa çalışır, həqiqətən vuruşmağa və bu ideya üçün öz həyatlarını fəda etməyə hazırdırlar. Ancaq Avropa onlara məhəl qoymur. Avropa dəhşətli səhvə yol verir. Bütün diqqəti Yunanıstana yönəldir. Yunanlar ukraynalılar qədər islahatların keçirilməsində radikal möve sərgiləmirlər. Bu səbəbdən də Kiyev AB-dən maliyyə dəstəyi almağa layiqdir", - Soros vurğulayıb.