Masallıda Fatimeyi-Zəhra Şəfa Sanatoriyası var -VİDEO

29-03-2015, 15:55   


[media=https://www.youtube.com/watch?v=k82SMPTRt3c]
Masallıda “Fatimeyi-Zəhra Şəfa Sanatoriyası” adlı müəssisə fəaliyyət göstərir. Bu barədə Yenilik.az-a daxil olan məlumata əvvəl inanmadıq, sonra internetdə axtarış apardıqda məlum oldu ki, həqiqətən də belə bir müəssisə var, çoxdan fəaliyyətdədir.

Masallı şəhərindən 13 km aralıda Talış dağlarının qoynunda yerləşən və xalq arasında “İsti su” adlandırılan sanatoriya – “Fatimeyi-Zəhra” şəfa ocağı Avropa standartlarına uyğun fəaliyyətini qış günlərində də davam etdirir.

İldırım Allahyarovun bir neçə il əvvəl bu obyekti özəlləşdirərək “Fatimeyi-Zəhra” şəfa ocağı adlandırıb. 1960-cı ildə məşhur həkim-alim Mir Kazım Aslanlı elmi cəhətdən sübut edib ki, burada yerdən təbii yolla çıxan isti su ilə bir neçə xəstəliyin mülicəsi mümkündür: revmatizm, radikulit, böyrək , qara ciyər və öd yolları, mədə-bağırsaq və s. Həkim nəzarəti ilə aparılan 10-15 vanna qəbulundan sonra xəstələr müalicə olunurlar.(salamnews)

Bəs görəsən İslam dünyasında hörmətlə xatırlanan müqəddəs insanların adlarının sanatoriya və istirahət mərkəzlərinə verilməsi nə qədər doğrudur? Bu sualla “Karvan” jurnalının baş redaktoru İsmayıl Əhmədova müraciət etdik. İ. Əhmədov bildirdi ki, “belə halları müsbət qarşılamıram, çünki həmin yerlərə hər təbəqədən olan insanlar gələ bilər (hətta qeyri müsəlman) və orada islama yad hərəkət və davrannışlara yol verilə bilər.”

Sanatorya rəhbərliyinin də hər hansı açıqlaması olarsa dərc etməyə hazırıq.

Youtube-da yerləşdirilmiş həmin sanatoriya ilə bağlı videonu təqdim edirik:
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar