Deputalarımız bir neçə saat ərzində 23 məsələni necə müzakirəyə çıxarır?
Azərbaycanda avtoritar bir idaretmə mövcud olduğu üçün bütün sahələrdə “möcüzə”vi proseslərin şahidi olmaq mümkündür. Təhsil, səhiyyə, məhkəmə və digər sahələrdə aparılan “islahat”larda da bu “möcüzə”lərə rast gəlmək olar.
Ancaq “rekord möcüzə” Milli Məclisin aktivinə yazılmalıdır. Ona görə yox ki, mandat alveri ilə bağlı faktlar meydana çıxdı. Ona görə yox ki, səsvermə zamanı bir nəfər başqalarının da yerinə səs verə bilir. Təbii ki, bu faktlarla da Ginnesin “Rekordlar” kitabını narahat etmək olar.
Ancaq Milli Məclisi birmənalı “irəli”yə çıxaran hadisə sessiyalarda gündəliyə salınan məsələlərin sayıdır. Təsəvvür edin ki, “ildırım sürətli” deputatlarımız bir neçə saatın ərzində 20-30 məsələni müzakirə edib, qərar verə bilirlər.
Əvvəllər də müşahidə etmişik ki, bir iclasda 20, 30, 37 məsələ müzakirəyə çıxarılır və qərar qəbul edilir.
Milli Məclisin yaz sessiyasınınÿnövbəti iclası aprelin 3-də keçriləcək.ÿBunuÿjurnlistlərə açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. Onun sözlərinə görə, parlamentin aprelin 3-də keçiriləcək iclasında 23 məsələ müzakirə ediləcək.
Göründüyü kimi, “ildırım sürətli” müzakirə praktikasına sadiqdilər. Bu ölkədə millət vəkili olmaq, parlamentdə təmsilçilik əldə etmək o qədər asandır ki, istənilən şəxs bu şərəfə nail ola bilər. Ölkənin, vətəndaşın taleyi ilə bağlı məsələlər bir iclasda necə həllini tapa bilər. Normalda 3-4 saat ərzində 25-30 məsələnin müzakirəsinə nail olmaq mümkün deyil. Bunun üçün ilahi bir qüvvəyə sahib olmaq gərəkdir. Yəni deputatlarımız “seçilmiş”lərdən olmalıdır. Bizim deputatlarımızı isə, nəinki Allah, heç bəndələr də seçməyib. Belə olan halda, 125 vəkil hansı qüvvənin təsirindən “3-cü kosmik sürət”ə nail ola bilir?
Görünür, Prezident Aparatının “fövqəladə zəhm”i deputalarımızı fövqəladə şəraitdə işləməyə məcbur edir.ÿ
Nə hikmətdirsə, təhsil kreditləri, rəqabət məcəlləsi, tibbi sığorta, diffamasiya, gəlir deklorasiyası və s. bu kimi qanun layihələri on illərlə müzakirə olunub qurtara bilmir. Ancaq hökumətimizin xoşuna gələn qanunlar “radar”a düşmədən maksimum sürət ala bilir.
3-4 saat ərzində 20-30 məsələnin müzakirə olunmasının nəticəsidir ki, ölkəmiz 20 il geri düşüb.
Bir sözlə, bütün dünya Milli Məclisin bu “fenomenal” fəaliyyəti qarşısında aciz qalıb. Ölkə tənəzzülə doğru irəlilədikcə, Milli Məclis müzakirələri sürətləndirir. Aprelin 3-də də millətimizin vəkilləri 23 məsələni yerindəcə həll edəcəklər.
İlham