Ruslar araqdan uzaqlaşır – Statistika

30-03-2015, 09:53   

Rusiya Prezidenti Vladimir Putinin siqaret və spirtlə mübarizə istiqamətindəki tədbirləri müsbət nəticə verməyə başlayıb.

Axar.az xəbər verir ki, açıqlanan statistikaya görə, daha çox idman etməyə başlayan ruslar daha az spirt və siqaret istehlak edir. Alkoqol xəstəlikləri ucbatından həyatını itirən rusların sayında da azalma müşahidə olunub.

Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2008-ci ildə əhalinin 33,7 faizi siqaret çəkirdisə, 2013-cü ildə bu nisbət 28,3 faizə düşüb. Spirt istehlakında da fərqlər var. Belə ki, 2008-ci ildə adam başına düşən spirtin miqdarı 16,2 litr idisə, 2013-cü ildə bu rəqəm 11,6 litrə bərabər olub.

Alkoqol xəstəliklərindən ölənlərin sayı isə 2013-cü ildə 100 min nəfərə 9,7 idisə, 2014-cü ildə 8,9 olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar