Kiyevdə Maydanı dağıdanlar arasında azərbaycanlı idmançılar da olub

30-03-2015, 18:48   
Kiyevdə Maydanı dağıdanlar arasında azərbaycanlı idmançılar da olub
Ukraynanın Baş Prokurorluğu Avromaydan hadisələrində iştirak edən “tituşka”ların işi ilə məşğul olub.

Mart ayının 27-də cümə günü Xarkovdan Kiyevə üç qafqazlı (hər üçü idmançıdır və Yevgeni Jilinin qalmaqallı “Oplot” döyüşçü klubunun üzvləridir) gətirilib, onlar gənc yaşlarına baxmayaraq (ən böyüyünün 23 yaşı var) 2014-cü ilin yanvar ayında kiyevlilərə qarşı cinayət törətməkdə ittiham edilirlər. Prokurorluqda bunu rəsmi təsdiq ediblər.

Bu idmançılar Xarkovda Semen Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetində təhsil alırlar, amma Avromaydan zamanı məşqçilərin təklifi ilə paytaxtda pul qazanmaq qərarına gəliblər.

Əslən Azərbaycandan olan saxlanılan şəxsləri - Əziz T., Asim F. və Ramil İ. adlı gəncləri Vladislav adlı zərərçəkən tanıyıb (təhlükəsizlik baxımından onun soyadı açıqlanmır).

“Məhz onlar 2014-cü il, yanvar ayının 21-də Kiyevdə “Petrovka” metrosu yaxınlığında insanları dəyənək və armaturla döyürdülər! O cümlədən mən də döyüldüm, halbuki, maşının yanında dayanıb qəhvə içirdim” - Xarkov “tituşka”ları ilə görüşünü xatırlayan 25 yaşlı kiyevli Vladislav bildirib.

Əməliyyatçıların məlumatına əsasən, zərərçəkən yaraqlıların hücumundan avtobusun altında gizlənməyə çalışıb, amma onu ordan çıxardaraq döyməyə davam ediblər, iPhone-sunu əlindən alıblar.

Vladislava hücumdan başqa "Oplot"çular eləcə də keçən il yanvar ayının 21-də “Petrovka” metrosu yaxınlığında 20 yaşlı kiyevlini oğurlayaraq avtobusda bütün şəhəri gəzdirməkdə və döyməkdə ittiham edilirlər.

Daha sonra mənbənin məlumatına görə, “Borispolskaya” metrosu yaxınlığında zərərçəkəni “tituşka”lar briqadasını koordinasiya edən, “Oplot”un rəhbəri Yevgen Jilina təhvil veriblər.

Zərərçəkəni kəllə-beyin travması ilə küçəyə atıb gediblər.

İndi üç gənc öncədən hazırlanmış əşyaların yardımı ilə insanlara bədən xəsarəti yetirməkdə, adam oğurlamaqda, qarətdə ittiham edilirlər. Onlara ümumilikdə 7 il həbs cəzası tətbiq edilə bilər. Saxlanılan şəxslər günahlarını etiraf etmirlər.

“Tituşki” (ukr. “tituşki”) - ümumiləşdirilmiş termindir, 2013-cü ilin mayında Ukraynada meydana gəlib, ilkin olaraq Ukraynada siyasi məqsədlə güc təxribatlarının, fiziki qüvvənin tətbiqi ilə aksiyaların təşkili üçün muzdlu şəkildə cəlb edilən gənclərə deyilirdi.

Termin 2013-cü il, may ayının 18-də Kiyevdə müxalifətə qarşı aksiyalarda iştirak edən və jurnalistlər Olqa Snitsarçuk və Vladislav Sodelyaya hücum edən Ağ kilsənin idmançısı Vadim Sergeyeviç Titutşkanın soy adından yaranıb.

2014-cü ilin əvvəlindən bir sıra Ukrayna KİV-də termin Avromaydana və avroassosiasiyalara qarşı çıxış edənlərin ümumi adı kimi istifadə edilməyə başlanıb (oxu.az).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar