ABŞ-ın Meriland ştatında Milli Təhlükəsizlik Xidmətinin binasına basqın olub. İlkin məlumatlara görə, hadisə zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Polis basqınçıların iki nəfər olduğunu, hadisə yerinə avtomobillə gəldiklərini açıqlayıb: «Avtomobillə mərkəzin qapısını qırmağa çalışıblar. Bu zaman içəridə olan mühafizəçilər onlara ağəş açmalı olub. Nətiсədə basqınçılardan biri ölüb, biri yaralanıb». Hələlik hadisənin motivi barədə heç bir məlumat verilmir. Terror versiyası da istisna olunmur.
Gültəkin