Nazirlikdən rüşvət açıqlaması...

12-05-2014, 15:45   
Nazirlikdən rüşvət açıqlaması...
Elsevər Ağayev: "Biz belə hallara qarşı amansızıq"

Pasiyentlərin müayinə və müalicəsi zamanı tibb işçiləri tərəfindən neqativ hallara yol verildiyi istisna olunmur.

Bunu Trend-ə səhiyyə nazirinin müavini Elsevər Ağayev dövlətə məxsus tibb müəssisələrində vətəndaşlardan qanunsuz olaraq "xidmət haqqı" alınmasına münasibət bildirərkən deyib.

E.Ağayevin sözlərinə görə, tibb işçilərinin pasiyentlərdən pul tələb etmələri halları da baş verir və nazirlik belə hallara qarşı sərt tədbirlər görür: "Hər yerdə olduğu kimi, Azərbaycanda da həkimə bəxşiş vermək istəyirlər. Çox hallarda tibb işçiləri, həkimlərin özləri də bunu istəyirlər, bəzən isə hətta xəstələrdən qanunsuz olaraq pul tələb edirlər. Biz belə hallara qarşı amansızıq. Səhiyyə Nazirliyi olaraq biz belə şeyləri heç vaxt təqdir etmirik. Bununla əlaqədar mütəmadi olaraq addımlar atılır və onlar cəzalandırılır".

Nazir müavini qeyd edib ki, səhiyyə ocaqlarında baş verən rüşvət və korrupsiya halları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olan şikayətlərin hər biri nazirliyin komissiyaları tərəfindən də araşdırılır: "Elə bir hal yoxdur ki, bizim tərəfimizdən araşdırılmasın. Ötən il yol verilən belə ciddi nöqsanlara görə 70-ə qədər tibb işçisi cəzalandırılıb və işdən azad edilib. Lakin tibb işçilərinin onlardan rüşvət almaları ilə bağlı Səhiyyə Nazirlyinin "Qaynar xətti"nə müraciət edən adamlar bəzən sonra pul vermə faktlarını danırlar. Deyirlər ki, hirslənmişdim. Yox, vətəndaş öz dediyinin üzərində durursa və fakt təsdiq olunursa, onda bununla bağlı materiallar prokurorluğa göndərilir".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.