Və ya “yel qayadan nə apara bilər ki...”

1-04-2015, 10:13   


Və ya “yel qayadan nə apara bilər ki...”

Yaxşıya yaxşı demək vicdan borcudur.Istər vəzifə sahibi olsun , istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi icra başçısıdı. Bu şəxs kimidir?
Bu şəxs kasıbçılıqla böyüyən, hər kəsin dostu sadə azərbaycanlı Mübariz Ağayevdir. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Mübariz müəllim. Bu insan, o qədər məsuliyyətli və diqqətçildir ki, hansı rayonda işləməyinə baxmayaraq, həmin rayonun tərəqqisi yolunda əlindən gələni əsirgəmir.
Xatırladaq ki, vaxtilə Mingəçevirin çiçəklənməsində var- gücünü ortaya qoyması, bundan sonra ölkə başçısının sərəncamı ilə od içində olan, döyüş poliqonuna bənzəyən Quba rayonuna göndərilir və qısa zaman kəsiyində rayonu laləzara çevirməsi də olanlara əyani sübutdur. Həmişə öz işi və zəmətilə ucalan cənab Ağayevin görəvi bununla yekunnaşmadı. Prezident İlham Əliyevin növbəti sərəncamı ilə Mübariz Ağayev doğulub, böyüyüdüyü Göyçay rayonuna görəvləndirildi.
Bildirək ki, Göycay bu günə qədər allahın da yadında çıxmış rayonlar sırasındaydı. Dağ başında köyə bənzəyən Göyçayı ağlar günə qoymuşlar insafsızlar. Amma , M. Ağayevin rayona rəhbər gəldiyi gündən, bu coğrafi məkanda bir canlanma bir tərəqqi yaşanmağa başladıldı. 3 aylıq görəv müddətində Göyçayda xarüqələr yaradan Mübariz Ağayev rayonda məmur-vətəndaş arasında yaranmış uçurumun aradan götürülməsinə start verdi. Vətəndaşları narahat edən problemlərin həlli yerindəcə təşəkkül tapmağa başladı. Hətta rayondakı bir sıra əsas qurumların rəhbərləri ilə küsülü olan əvvəlki icra başçısından öz həyətlərində mal-qara damı tikməyə belə icazə ala bilməyən rayon sakinləri süründürməçilikdən yaxa qurtardı. Rayonda hökm sürən gərgin ictimai durum xoş abu-hava ilə əvəz olundu. Bir sözlə, möhtərəm Prezidentin bu sərəncamı ilə Goyçay rayonu yenidən xoşbəxt günlərini yaşamağa başladı. Dünənədək mal-qara damının tikintisi yasaq olunan rayonda vətəndaşlara Nuh əyyamındən qalan nimdaş ticarət, iaişə obyektlərinin binalarını yenisi ilə əvəzləməyə şərait yaradıldı, yerli sakinlərin həyat rifahının yaxşılaşması istiqamətində hələdə ciddi işlər aparılır, kanalzasiya sistemleri yenilənir,parklar və istirahət yerləri inşa olunur. Kəndlərə yollar çəkilir, içməli su təminatı yaxşılaşdırılır. Qeyd edək ki, bütün bunlar məhz M,Ağayevin Göyçaya rəhbər gəlişindən sonara olub.
Amma bu gün ölkənin internet mediasında, Göyçay rayonun icra aparatı işçiləri və rəhbərilə bağlı qərəzli-xöşagəlməz məlumatlar yer alır. Bildirək ki, bir necə ay bundan əvvəl Göyçay rayonunda yaşayan əhali sosial sıxıntılar məngənəsində əziyyət çəkəndə heç kəs bu haqda bir kəlmə də olsa yazmırdı. İndi nə baş verib ki, media əhli göyçaylıları əzizləyib. onların dərdlərinə şərik olmağa çalışırlar. Rayonda dolandırcılıqla ad qazan, vəzifə sahiblərini aylq hesaba oturdan T. Xasməmmədovu az qala on ikinci imam elan edən bəzi medi adamları nə oldu ki, birdən, birə Göyçayda insan hüquqlarının taptanmasından ağız dolusu danışırlar!?. Bəs bu insanlar beş ay bundan qabaq harda idilər, Göyçayda iş adamları əzilib təhqir edilirdi. Rayonda əlillər, şəhid anaları, ağsaqqallar, kimsəsizlər adam yerinə qoyulmayanda onda bir kimsə niyə göyçaylıların fəryadına çatmırdı!?. Bəyəm, Xasməmmədov kimilərin hüquqları, Göyçayda yaşayan əlillərin, şəhid analarının, ağsaqqalların, kimsəsizlərin hüquqlarından belə artıqdı?...
Təbii ki, qara yaxmaqla öz əxlaqını ortaya qoyanlar gec, tez cavablarını alırlar. Elə Xasməmmədov kimi... Əminik ki, hər zaman olduğu kimi, bu dəfə də, şər-böhtanla Mübariz Ağayevi sevdiyi işindən ayırmaq mümkün olmayacaq , yazılan böhtanları ərsəyə gətirənlərə məğrur şəkildə sinə gələcək. Öz zəngin daxili keyfiyyətləri ilə barəsində yazdırılan bütün böhtanlara baxmayaraq, onu istəməyənlərə cənab Ağayevin verdiyi ən tutarlı cavab, təbii ki, hər kəsə nümunə olan fəaliyyəti olduğuna inanırıq. Hər kəs bilməlidir ki. zəhməti ilə ucalanlar seçilmişlərdir. Allah tərəfindən ucalanları bəndə alçalda bilməz. Yeri gəlmişkən “yel qayadan nə apara bilər ki...”. Vəssalam.
Fikrət Fərhadoğlu
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.