Zərdabda məktəb direktoru «avtoşluq» edir?

2-04-2015, 19:08   
Zərdabda məktəb direktoru «avtoşluq» edir?

Yaqub Səfərəliyev: «Nicat Əlifi aldığı maşınla insanların həyatına təhlükə yaradır, bir neçə dəfə də avtoqəza törədib»

Zərdab sakini Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Nicat Əlifinin hərəkətlərindən şikayətçi düşüb. Ramiz Kərimov küçəsi 18 saylı evdə yaşayan Yaqub Səfərəliyev JAM.AZ-a ünvanladığı məktubunda yazır ki, Nicat Əlifi ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etsə də, heç bir xeyri olmayıb.

Zərdab sakini vurğulayır ki, etdiyi yazılı şikayətlər sonradan müəmmalı şəkildə Nicatın atası Əli Əkbərovun əlinə keçirib və daha sonra məhv edilib. «Əli Əkbərovun oğlu, Zərdab Uşaq İncəsənət məktəbinin direktoru Nicat Əlifi özünə bahalı maşın alıb. Həmin «Mersedes»lə «avtoş»luq edərək,digərləri üçün təhlükə yaradır. Hətta bu günlərdə Nicat başqa birisinin maşınını vuraraq qaçmaq istəyərkən, digərlərinə də təhlükə yaradıb. Bu adam ağır avtomobil qəzası törətməsinə baxmayaraq, heç bir müayinə edilməyib. Üstəlik, bu iş ört-basdır edilib».

Yaqub Səfərəliyev sonda qeyd edir ki, Nicat Əlifinin arxasında onun Bakıda yaşayan əmisi durur. Onun iddiasına görə, məhz bu səbəbdən məktəb direktorunun hərəkətlərinə heç bir hüquqi qiymət verilmir.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.