Xerson meri Vladimir Nikolaenko rusiyalı deputat Vladinir Jirinovskini təhqir edib. Nikolaenko bunu Jirinovskinin mayın 9-da Xersonun rus torpağı olması ilə bağlı səsləndirdiyi fikirlərə cavab olaraq verdiyini deyib. Mer Jirinovskiyə bağbanlıqla məşğul olmağı, ya da öz daxili düşməni – səfehliyi ilə mübarizə aparmağı məsləhət görüb. “Jirinovski Xerson vilayətini rus torpağı adlandırıb və yenə də hamını hədələyib. Ona məsləhət görərdim ki, öz diqqətini Avroviziyadakı kommentlərinə cəmləşdirsin, siyasi səhnədən gedib sirkdə məşğul olsun. Mən Jirinovskidən tələb edirəm ki, veteranlar adından danışmasın. Bu şərəfli insanlar hamilə qadınlara hücum edən salat rəngli kostyum geyinənlərin müdafiəsinə möhtac deyillər. Gedin bağbanlıqla məşğul olun və öz daxili düşməniniz olan səfehliyinizlə mübarizə aparın”.