Yanukoviç separatçı referendumu dəstəklədi

12-05-2014, 17:20   
Yanukoviç separatçı referendumu dəstəklədi
Ukraynanın hakimiyyətdən devrilmiş keçmiş prezidenti Viktor Yanukoviç Donetsk və Luqanskda keçirilən referenduma münasibətini bildirib.

V. Yanukoviç növbəti dəfə Rusiyanın maraqlarına xidmət edən açıqlama verib. O bildirib ki, Kiyev hakimiyyəti Donetsk, Luqansk, Odessadan öz ordularını geri çəkməlidir.

“Bununla da xalqa qarşı zorakılığa son qoyulmalıdır. Qanlı hakimiyyət Ukraynada üç yüz nəfəri öldürüb”.

Sabiq prezident onu da bildirib ki, Ukrayna hakimiyyətinin zorakılığına dözməyən Donetsk və Luqansk referendum keçirməklə düz iş görüb. “Onlar dövlət quruluşunun başqa bir formasını istəyirlər. Ukrayna iqtidarı onların səbrinin daşırdı”,-deyə V. Yanukoviç söyləyib. Keçmiş dövlət başçısı Ukrayna hakimiyyətinə heç kimin cəzasız qalmayacağını da xatırladıb.

Qeyd edək ki, Krımın Rusiyaya birləşdirilməsindən sonra Ukraynanın şərq əyalətlərində də separatizm alovlandı. Krım ssenarisinin Donetsk və Luqanskda da təkrarlanacağı ehtimalı artıq özünü doğrultmaqdadır. Donetsk və Luqansk əyalətlərində rus meylli qüvvələrin təhriki ilə referendum keçirilib. Referenduma sözügedən regionların Ukraynanın tərkibindən ayrılaraq müstəqil “dövlət” olmaları barədə müddəa səsə qoyulub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.