İcra başçısının oğlu milyonluq «Ferrari» aldı-FOTOLAR

3-04-2015, 19:29   

Ramal Quliyev şəhərdə nömrəsiz sürdüyü bahalı maşınla dolaşır

Azərbaycanda məmur övladlarının bahalı maşınlarda, lüks həyat sürmələri, əyləncələrdə adlarının hallanması adi hala çevrilib. Hərçənd dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, əgər belə hallar müşahidə edilərsə, təkcə həmin uşaqları deyil, elə onların məmur atalarını da cəzalandıracaq. Necə ki, belə bir vəziyyət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəis müavininin oğlunun başına gəldi və qəza törətmiş məmur oğlu həbs olundu, atası isə işdən çıxarıldı.

ANAXEBER.TVyə daxil olan məlumata görə, bahalı maşın sahibi olan məmur övladlarından biri də Ramal Quliyevdir. Ramal Quliyev Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin oğludur və indiyə qədər onun adı bir sıra qalmaqallı məsələlərdə hallanıb.

Həmin məlumatlarda vurğulanır ki, oğul Quliyev dəyəri bir milyon dollara yaxın olan «Ferrari» markalı avtomobil sahibi olub. Belə ki, bu maşınla artıq Bakının küçələrində şütüyür. Maraqlı hal odur ki, Ramal Quliyevin idarə etdiyi avtomobil nömrəsizdir və buna görə kimsə ona toxunmur. Görünür, icra başçısının oğlu özünə çox arxayındır və bu səbəbdən də qanunları pozmaqdan çəkinmir.

Xatırladaq ki, Ramal Quliyevin adı hələ bir müddət əvvəl Goranboyda tender əməliyyatlarında iştirak edən «Fəqan Xidmət» şirkətlə birgə hallanırdı. Belə ki, bu şirkətin külli miqdarda pul mənimsədiyi vurğulanır, dövlət büdcəsindən ayrılan vəsaitlərin başqa məqsədlərə sərf edildiyi deyilirdi. Hətta keçirilən məhkəmə prosesində belə bir sıra qalmaqalların üzəri açılmışdı. Lakin sonradan hansısa «sehirli əl» onu bu işlərin içindən arındırdı və o, artıq bahalı «Ferrari» sahibi oldu.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.