Mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun işi üzrə proses keçirilib.
Hər iki şəxs ötən il sentyabrın 17-də tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onları qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və satmada, eləcə də qaçaqmalçılıqda günahkar bilir.
Virtualaz.org-un “Media forum”-a istinadən məlumatına görə, Pərviz Həşimlinin vəkili Fariz Namazlı facebook səhifəsində yazıb ki, mayın 12-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Pərviz Həşimliyə 9 il həbs cəzası verilməsini təklif edib.
Fariz Namazlının yazdığına görə, prokuror Təvəkkül Qurbanovun da 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.