Böyük Britaniyanın baş naziri Devid Kemeron BBC telekanalının efirində aparıcıdan öz ünvanına "kəs səsini" ifadəsini eşidib.Aparıcı Endry CNN telekanalının məşhur aparıcısı Kristian Amanpurun da qonaq olduğu proqramda rastlaşıb.
Proqramda Britaniyanın baş naziri və qonaqlar Nigeriyada "Boko Haram" terror qruplaşmasının 200-dən çox qızı qaçırması ətrafında müzakirələr aparırmış. Devid Kemeron qızların xilas edilməsini dəstəklədiyini və bunun üçün əllərindən gələn yardımı etmək istədiklərini deyib. Proqramın aparıcısı Endryu Marr isə efir vaxtının bitməsinə az qaldığını əsas gətirərək, baş nazirə "Kəs səsini" deyib. Devid Kemeron isə buna heç də sərt reaksiya verməyib, hələ üstəlik aparıcıdan çox danışdığına görə üzr istəyib.
Həmin veriliş efirə getdikdən sonra Britaniyanın baş naziri Devid Kemeron sosial mediada müzakirə mövzusu olub, aparıcı Endryu Marr isə kobud davranışına görə tənqid hədəfinə çevrilib.
[media=https://www.youtube.com/watch?v=TdggdZkxHpk]