İndoneziya Milli Parkında yaşayan dişi makakanın davranışı görənləri heyrətə gətirib. Meymun ölmüş balasını ağuşuna alaraq lay-lay çalıb.
Erkək meymun yaxınlaşıb toxunmağa cəhd etdikdə ana meymun qəzəblənib. Makaka balasını dünyaya gətirdikdən bir həftə sonra itirib, lakin o, bununla razılaşmayaraq günlərlə onu əlində gəzdirib.
Şahidlər deyir: “O, tənha oturmuşdu və körpəsinə baxıb onu beləcə yırğalayırdı”.
Makaka 2 gündən sonra körpəsindən əl çəkə bilib.
[media=https://www.youtube.com/watch?v=jVF2v6f6BNc]