Azərbaycanda iki rəis rüşvət üstə işdən qovulduŞOK

19-04-2014, 12:50   
Xəzər Dəniz Gəmişiliyi QSC-də iki şöbənin rəisi rüşvətə görə işdən azad olunub
anaxeber.info xəbər verir ki, bu barədə axar.az-a QSC-dəki mənbələrdən məlumat daxil olub.Mənbə Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevin idarədə ciddi yoxlamalarla bağlı əmr verdiyini bildirir. O, verilən əmrdən sonra Gəmiçiliyin İnsan Resursları və Əmək Haqqı şöbəsinin rəisi Nizami Əliyev və Neft donanmasının İnsan Resursları və Əmək Haqqı şöbəsinin rəisi Rövşən İmamverdiyevin artıq işdən qovulduğunu deyib. Vəzifəsindən azad olunan şəxslər arasında Siravi Komanda Heyətinin inpektoru Əkbər adlı şəxsin də olduğu qeyd edilir. Mənbə sonuncu ilə bağlı qərarın bir ay bundan öncə verildiyini söyləyib.Hər üç şəxsin qovulmasına səbəbin rüşvət olduğu iddia edilir. Bildirilir ki, sabiq rəislərin gəmi kapitanlarından aldıqları rüşvət artıq idarə rəhbərliyinə məruzə olunub. Belə ki, gəmi kapitanı Mövsüm İsayevin “Qəhrəman Həsənov” tankerinə kapitan keçmək üçün Nizami Əliyevə 5.000 AZN dəyərində rüşvət verdiyi vurğulanır. Bundan əlavə, 73 yaşlı baş mexanikdən də FRAXTA-da (“Meredian Şpinq” firması) işləmək üçün rüşvət alındığı bildirilir.Xatırladaq ki, hər iki şöbə rəisi Aydın Bəşirovun kadrları hesab olunur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.