Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəsdən xoş xəbərlər gəlib.
Bir müddət öncə beyin əməliyyatı keçirən sənətçinin vəziyyəti yaxşıya gedir.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-da əməliyyat olan İbrahim Tatlısəsi dostları yalqız buraxmır. Bu günlərdə türkiyəli sənətçi Sibel Can xəstəxana otağında məşhur türküçünü ziyarət edib. Sibel Canla birlikdə şəkil çəkdinib Instagrama qoyan Tatlısəsin kefinin xeyli yaxşı olduğu görünür.
Fotoşəkilin altına "Oy, Mayami, Mayami, Sibel sənə doyami" qeydi yazıb paylaşan Tatlısəs və Sibel Canın əl-ələ tutduqları və kefikök olduqları gözlərdən qaçmır.
Bu fotoşəkilin altına sənətçinin sevənlərindən çox sayda şərh gəlib.
Arqument.Az