Rusiyanın taleyini İran həll edir – Rus politoloq

7-04-2015, 09:48   
Rusiyanın taleyini İran həll edir – Rus politoloq

“Dünya neft bazarına neftin qiymətinin artmasına son qoyacaq İran kimi güclü oyunçu qayıdır”.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski söyləyib.

Onun sözlərinə görə, neftin barreli 50 dollardan yuxarı qalxmayacaq:

“Qərblə İran arasındakı razılaşma İranın son 15 il müddətində yaşadığı ağır iqtisadi sanksiyaların silinməsi və dünya neft bazarına güclü oyunçunun qayıtması deməkdir. İran Yaxın Şərqdə ən böyük neft istehsalçılarından biridir və dünya ehtiyatlarının 10%-i bu ölkədədir. İran artıq payızda öz neftini rahat şəkildə satmağa başlayacaq. Bəzi ekspertlərin proqnozlarına görə, “Brent” markalı neft 1 barrelə görə 20-30 dollara düşəcək. Lakin əminliklə demək olar ki, neftin barreli bundan sonra 50 dollardan yuxarı faiz qalxmayacaq. Bu məsələyə Rusiya heç bir təsir göstərə bilməz”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.