Bəlkə rəssam olum ki, şairliyimi qəbul etməyənlər desin ki, “əşi, gül kimi şairsiz, bəstəkarsız, müğənnisiz, rəssamlığı neyləyirsiz?”
Bu sözləri müğənni Elza Seyidcahan musavat.com-a açıqlamasında bildirib.
Müğənni onun rəssamlıq məharətinə hər kəsin valeh olduğunu da deyib: “Bu günlərdə Xəzər TV-də yayımlanan “5/5” verilişində Zaur Kamal məndən xahiş etdi ki, rəssamlıq məharətimi də göstərim. Mən də ekspromt bir şəkil çəkdim. Hər kəs çəkdiyim şəkilə valeh oldu. İndi də mənə bu barədə zənglər gəlir. İnsanlar bu bacarığımı da davam etdirməyimi xahiş edirlər”.
Qeyd edək ki, müğənni Elza Seyidcahan son zamanlar öz qəribə şeirləri ilə gündəmə gəlməsiylə diqqəti çəkir.
Xalidə Gəray