Bakının mərkəzində nasistlər peyda oldu

12-05-2014, 21:07   
Bakının mərkəzində nasistlər peyda oldu
Azərbaycanda belə şey də göründü. Bakının düz mərkəzində nasistlər peyda oldu.

Qara rəngli hərbi çəkmə, xaki rəngli şalvar, üzərində III Reyxin - alman faşistlərinin gerbi olan qara rəngli mayka geyinmiş gənc bir nasist Bakının mərkəzində arın-arxayın gəzişir.

Özündən razı görünən bu gənc oğlan hətta “ziq” deyə nasist salamı da verir. Yaxşı ki, “Hayl, Hitler!” deyə qışqırmır...

Sosial şəbəkələrdə yayılmış bu videoçarxın həmin gənc nasistin yaxın tanışı tərəfindən lentə çəkilməsi faktı da narahatlığa kifayət qədər ciddi əsaslar verir.

Yeri gəlmişkən, bu günlərdə Bakıda gənclərin “Georgiyevsk lenti” paylaması faktı da bəlli olmuşdu. Bu isə ultrasağların fəallığının artdığını sübut edən daha bir əlamətdir. Bu isə müvafiq qurumlarda narahatlıq doğurmalıdır. Bunu xüsusi nəzərə almaq lazımdır ki, nasistlərin və velikorus şovinistlərinin fəallaşmasını xatırladan bu hallar şəhər gəncliyinə o qədər də pozitiv təsir göstərmir. Bakı gəncləri arasında əvvəllər belə şeylər olmazdı.

Bu videorolikin tirajlanmasından niyə narahat olmaq lazım gəlir? Ona görə ki, yerli polisin nasizmi təbliğ edən bu gənclə maraqlanacağına bizim heç bir qarantiyamız yoxdur. İstənilən kütlənin arasında bir müxalifətçi görən kimi onu nəzarətdə saxlayan polis Bakının mərkəzində “ziq” salamı verən nasisti görmür! Polis bu Hitler pərəstişkarının heç facebooka yerləşdirilmiş videosunu da görmür!
Ümid edək ki, heç olmasa bizim bu qeydlərimiz işıq üzü görəndən sonra hüquq-mühafizə orqanları faktla məşğul olacaqlar. Bu kimi məsələlərdə susmaq olmaz. Susmaq nasistlər tərəfindən hər şeyə icazənin olması kimi başa düşülür. Belə olan halda isə sabah Bakının küçələrində əvvəlcə onlarla, sonra isə hətta yüzlərlə belə nasist görmək mümkün olar. Bunun nəticələrini təsəvvür edirsinizmi?!

Bu suallara da cavab tapılmalıdır. Belə adamların şəhərin mərkəzində qəfildən peyda olması kimin maraqlarına uyğundur? Ölkədəki sabitliyi “Georgiyevsk lentləri” və ya nasist geyimləri ilə silkələməyə hazır olanlarınmı? Bəs onda bu təxribatçıların arxasındakı kuklaoynadanlar kimlərdir?
[media=https://www.youtube.com/watch?v=n0-7KnGw4tw]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.