“Qarabağ boyda dərdimiz ola-ola bunun qeyrətini çəkmədənsə bir şuşalının Suriyada vuruşması nə dərəcədə vacibdir. Ora gedib, süni-şiə məsələsi salmaq da lazım deyil. Bu məsələdə çox ehtiyatlı olmaq lazımdır". Bunu Şeyxülislam Allahşükür Paşazadə Din Xadimlərinin təkmillədirmə kurslarının açılış mərasimində deyib.
O, sünni-şiyə ayrımından istifadəyə imkan verilməməli olduğunu deyib. "Ona görə din xadimlərinin təkmilləşdirmə kurslarını təşkil etdik. Azərbaycanda heç bir məhzəb ayrı seçkiliyi etmək lazım deyil. Azərbaycanda hər hansı bir dini cərəyan, dindən ekstrimist yolla istifadə edilməsinə icazə verməyəcəyik. İstər sünni, istər şiə, nurçu, vəhhabi və başqası olsun.
Mənim yanıma gündə nə qədər adam gəlib müraciət edir. Analar deyir ki, qaytar oğlumu, ölüsünü qaytar. Gör ana o dərəcəyə çatıb ki oğlunun ölüsünü qaytarmağı istəyir. Əgər mənim başıma bir iş gəlsə, davamçılarım bu yolu davam edəcəklər”.
Qeyd edək ki, bu gün Qafqaz Müsəlmaları İdarəsində (QMİ) din xadimlərinin təkmilləşdirmə kursunun açılış mərasimi keçirilir. Din xadimlərinin təkmilləşdirmə kursları QMİ-inin təşkilatçılığı ilə həyata keçiriləcək.