Müavini icra başçısından şikayət etdi, Masallının birinci şəxsi Prezident Adminstrasiyasında izahat verməli olub
Bir müddət əvvəl Masallı rayon İcra Hakimiyyətində icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri postuna gətirilən Gülşən Xəlilova icra başçısı Rafil Hüseynovdan Prezident Admnistrasiyasına şikayət edib. Bu barədə JAM.AZ-a rayondakı etibarlı mənbələrdən məlumat daxil olub.
Həmin məlumatda deyilir ki, G.Xəlilovanın şikayəti əsasında Masallının icra başçısı Bakıya çağıralaraq, izahatı alınıb. Üstəlik, onu sərt formada tənqid ediblər və belə hallara yol verməməsini tələb ediblər.
JAM.AZ-a çatan məlumatlarda şikayətin konkret olaraq nədən ibarət olduğu da vurğulanır. Lakin bəzi səbəblərdən mələnin mahiyyəti barədə açıqlama vermirik.