Ispaniya polisi Leon şəhərində yüksək vəzifəli siyasətçini qətlə yetirən iki qadını həbs edib. Polis rəisinin həyat yoldaşı və qızı olan həmin qadınlar hakim İspaniya Xalq Partiyasının yerli şöbəsinin rəhbəri və regionun baş naziri olan İsabel Karreskonu güllələyiblər. 59 yaşlı qadın siyasətçiyə dünən gündüz evdən çıxıb partiyanın ofisinə gedərkən qəsd edilib. Qatillər qadını Burnesq çayı üzərindəki piyada körpüsündə gözləyiblər. Şahidlər deyir ki, saat 17.00-da bir neçə atəş səsi eşidib və bunu atəşfəşanlıq kimi başa düşüblər. İsabel Karraskonun qətlində şübhəli bilinən 55 yaşlı qadın və onun 35 yaşlı qızı həbs ediliblər. Yerli mətbuatın yazdığına görə, 55 yaşlı qadın Leon yaxınlığındakı Astorq şəhərinin polis rəisinin həyat yoldaşıdır. İspaniya DİN qətlin siyasi motiv daşımadığını bildirib. Müstəntiqlər hesab edir ki, siyasətçi şəxsi ədavət üstündə öldürülüb: polisin həbs edilən qızı Leon şəhər administrasiyasının işçisi olub və qətldən bir gün əvvəl işdən çıxarılıb. Polis hələlik qətldə istifadə edilən silahı tapa bilməyib. Qeyd edək ki, Karraskonun qətli mayın 25-ə təyin olunan Avropa Parlamentinə seçkilərə hazırlıq kampaniyasının qızğın vaxtında baş verib.