Son zamanlar ölkə mətbuatinda Füzul rayon Təhsil Şöbəsi ilə bağlı böyük korrupsiya faktlarına yol verilməsi xəbəri medianın diqqətindən kənar deyil. Bu barədə mətbuatda yetərincə məlumatlar dərc edilib. Yayılan məmumatlarda Təhsil Şöbəsinin müdiri Almaz Həşimovanın tender əməliyyatlarında rəvac verdiyi korrupsiya və maliyyə maxinasiyalar xüsusi olaraq önə çəkilir.
Füzuli təhsilində Almaz Həşimovanım tender əməliyyatları... Və yaxud da bir qələmə silinən milyonlar
Bu barədə Turkistan.az saytının yaydığı xəbərdə bildirilir ki, Füzuli rayon Təhsil Şöbəsinin müdiri Almaz Həşimovanın qanunsuz əməlləri və tender əməliyyatları ilə bağlı korrupsiyasına rayon prokurorluğundan da açıqlama verilib.
Bir neçə KİV-i əməkdaşlarına sözügedən korrupsiya hüquqpozmaları ilə bağlı məsələyə münasibət bildirən, Füzuli rayon prokurorunun köməkcisi Vaqif Bayramov saxta tender əməliyyatları ilə bağlı faktaların araşdırılacağını deyib. Prokuror köməkçisinin sözlərinə görə, müraciət əsasında faktla bağlı araşdırma aparılacaq: "Baş verənlərdən məlumatsızam, amma prokurorluğa müraciət olunduğu halda işə baxılacaq”-deyə V.Bayramov bildirib.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun təhsil şöbəsinin müdiiri Almaz Həşimova ilə əlbir olaraq külli miqdarda dövlət vəsasitini bilinməyən hesablara köçürüb və sonradan həmin hesabdakı pullar bir qələmdə silinərək "həzm-rabedən" keçirildiyi də yayılan məlumatlar sırasında yer almışdır. Hətta bu barədə PİA.AZ saytı da məlumat yaymışdır.
Bu xüsusda Olaytv.az saytı olaraq əldə etdiyi məlumatlarda bildirilir ki, icra başçı və şöbə müdiri 2011 və 2012-ci illərdə 100 min manatlarla dövlət vəsaitini mənimsəyiblər. Məlumata görə 17 il Füzuliyə rəhbərlik etmiş Nəbi Muxtarovdan sonra Meliorasiya və Su Təsərrufatı idarəsinin müdiri olan Alı Alıyev icra başçısı təyin olunduqdan sonra ilk işlərindən biri, daha əvvəllər isti münasibətdə olduğu İnternat məktəbinin direktoru Almaz Həşimovanı Füzuli rayon təhsil şöbəsinin müdiiri təyin etdirmək olub. Bundan sonra isə ikili bir rayona ayrılan maliyyə vəsaitlərini öz şirkətlərində «yumaqla» məşğul olublar.
Məlumatlı mənbənin verdiyi xəbərə görə təhsil şöbəsinin «xərclərini» ödəmək üçün keçirilən tenderlərdə külli miqdarda pul mənimsənilib. Təkcə 2011-ci illərdə Füzuliyə ayrılan tenderlərin hardasa 90 faizi məhz təhsil şöbəsinə aiddir. 2011-ci ildə Füzuli rayonunna ayrılan 20 tenderdən 17-si təhsil şöbəsini əhatə edir və qəribədir ki, cəmi 156 529.47 manat olan bütün 17 tenderi məhz Almaz Həşimovaya məxsus olan "Valeh-H” MMC, "Ülkər-H” MMC, Vüsal84 MMC, "Nəfs-RR” MMC firmalarıdır. Rayona ayrılmış digər 3 tenderi isə "təsadüfdən” Alı Alıyevə məxsus olan şirkətlər udub. Lakin bu tamamilə ayrı bir mövzu olduğuna görə, bu məsələni gələcək yazılarımızda araşdıracağıq.
Məlumatda bildirilir ki, 2011-ci ildə Almaz Həşimovanın bir zamanlar direktor olduğu Füzuli rayon İnternat məktəbində təmir işlərinin aparılması üçün ümumi qiyməti 39656,87 manat olan 10 tender keçirilib. Həmin tenderləri təqdim edirik:
Təhsil Nazirliyinin Füzuli rayon 116 saylı Peşə məktəbi Abadlıq işlərinin satın alınması "Valeh-H” MMC 2500
Təhsil Nazirliyinin Füzuli rayon 116 saylı Peşə məktəbi Kommunikasiya və kommunla xidmətlərin satın alınması "Valeh-H” MMC 4000
Təhsil Nazirliyinin Füzuli rayon 116 saylı Peşə məktəbi Cari təmir işlərinin satın alınması "Valeh-H” MMC 6000
Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli 116 saylı Peşə Məktəbi Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması "Valeh-H” MMC 4000
Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli İnternat Məktəbi Avadanlıqların satın alınması "Nəfs-RR” MMC 4993
Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli İnternat Məktəbi Digər alışlar və xidmətlərin satın alınması "Nəfs-RR” MMC 2499
Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli İnternat Məktəbi Dəftərxana ləvazimatlarının və təsərrüfat mallarının satın alınması "Ülkər-H” MMC 4699,92
Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli İnternat Məktəbi Yumşaq inventarların satın alınması "Valeh-H” MMC "Ülkər-H” MMC 2000
Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli İnternat Məktəbi Bərk inventarların satın alınması "Ülkər-H” MMC 3965
Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin Füzuli İnternat Məktəbi Digər maşın və avadanlıqların satın alınması "Ülkər-H” MMC 4999,95
Bu gün hər kəsə bəllidir ki, Azərbaycan rayonlarında peşə məktəblərinin yalnız adı qalıb. Özləri isə yoxdur. Mənbə bildirir ki, əvvəla bu texniki peşə məktəbində güya görülən işlərin qiymətləri ən azı 4-5 dəfə şişirdilib. Bütün görülən iş isə ondan ibarət olub ki, 2011-ci ildə İnternat Məktəbi bir dəfə rənglənib. Yəni Almaz xanım və Alı Alıyev 10 tenderi sadəcə olaraq hardasa 200-300 manatla «bağlayıblar». Bildirilir ki, bütün pullar Almaz Həşimovaya məxsus olan şirkətlərə köçürülərək nəqdləşdirilib və mənimsənilib. Almaz Həşimova İnternat Məktəbindən təhsil şöbəsi müdiri vəzifəsinə gedərkən, peşə məktəbinə öz qohumunu təyin etdiyinə görə bütün «əməliyyatlar» problemsiz ötüşüb.
Bundan başqa 2011-ci ildə təhsil şöbəsinin digər «ehtiyaclarını» ödəmək məqsədi ilə daha 7 tender keçirilib. Qəribədir ki, yenə də eyni şirkətlər tenderi udublar və qazanan yenə də Almaz Həşimovla Alı Alıyev ikilisi olub. Həmin tenderlr aşağıdakılardır:
Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi Digər alışlar və xidmətlərin satın alınması "Vusal-84″ FT MMC 7742
Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi Dəftərxana ləvazimatlarının və təsərrüfat mallarının satın alınması "Vusal-84″ FT MMC 13035
Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi Avadanlıqların satın alınması "Vusal-84″ FT MMC 7230
Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi Dəftərxana ləvazimatlarının və təsərrüfat mallarının satın alınması "Vusal-84″ FT MMC 48048,6
Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi Avtomobil ehtiyat hissələrinin satın alınması "Vusal-84″ FT MMC 6075
Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi Yumşaq inventarların satın alınması "Vusal-84″ FT MMC 27030
Təhsil Nazirliyinin Füzuli rayon Təhsil şöbəsi Mal-materialların satın alınması "Vusal-84″ FT MMC 7712
Məlumatda göstərilir ki, «Vüsal84» MMC və "Nəfs-RR” MMC, "Ülkər-H” MMC firmaları 116 saylı peşə məktəbinin direktoru olduğu zaman Almaz xanımın adına olub. Sonradan həmin firmalar Almaz Həşimovanın ailə üzvlərinin adına keçirilib.
Mənbə bildirir ki, bundan başqa təhsil şöbəsinin xərclərinə 2011-ci ildə ayrı ayrı vaxtlarda 109642.6 manat pul ayrılıb. Yumşaq inventarların alınması üçün 27 min manat vəsait ayrılıb ki, Almaz xanım həmin puldan sadəcə öz kabinetinə mebel dəsti alıb. Birdə mühasibat otağına dəftərxana ləvazimatların yerləşdirmək üçn mebel alınıb. Yerdə qalan pul təhsil şöbəsinin bütün otaqlarını mebellə təmin edilməsi adı altında sənədləşdirilib. Əslində həmin köhnə mebellerə üzlük çəkilib və təzə adı altında yenidən sənədləşdirilib.
2011-ci ildə Almaz xanım "Vusal-84″ FT MMC firmasının adı altında avtomobil hissərinin alınması üçün 6 000 manat pul ayrılıb. Ayrılan puldan Füzuli rayon Təhsil şöbəsinə aid olan «Nissan» markalı maşına heç bir qəpik də xərc çəkilməyib. Bunu əvəzinə isə Almaz xanım özünün şəxsi «Pejo» markalı maşınını «Prado» markalı ciplə əvəz edib.
Mənbə həmçinin onu da bildirir ki, təhsil şöbəsinə dəftərxana ləvazimatı almaq üçün ayrılan 61083.6 manatdan hardasa min manatlıq dəftərxana ləvəzimatı alınıb. Qalan pullar isə yenə də şöbə müdiri ilə başçı arasında şərikli mal kimi bölünüb.
Məlumatda bildirilir ki, tenderlərə ayrılan vəsaitin heç 30 faizi təyinatına görə xərclənməyib və qalan pullar mənimsənilib. Bu korrupsiyada ən böyük dəstəkçisi və ortağı Alı Alıyevdir. Bildirilir ki, bu boyda korrupsiya və yolsuzluq ona görə mümkün olub ki, Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev təhsil şöbəsinin müdiri Almaz Həşimovanın şəriki sifətində çıxış edib.
Qeyd edək ki, bizə təqdim olunan faktlarla bağlı Almaz Həşimovanın mövqeyini öyrənməyə cəhd etsək də, bu baş tutmadı. Füzuli təhsil şöbəsindən sadəcə zənglərimizə cavab verən olmadı.
Yazıda keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…
P.S. Biz Olaytv.az saytı olaraq yazıda qeyd olunan bütün korrupsiya hüquqpozmaları və maliyyə maxinasiyalarının araşdırılması Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndəriləcək. Güman edirik ki, Baş Prokurorluq və adiyyəti qrumlar bu istiqamətdə konkret addımlar atacaqlar.