Bu günlərdə bir qurup Yardımlı sakinləri redaksiyamıza şikayət məktubu ünvanlayıb. KİV-nin qanunlarını rəhbər tutaraq daxil olan məktubu olduğu kimi ixtiyarınıza veririk.
“Hörmətli redaksiya, Yardımlıda vəziyyət cox acınacaqlı səviyyədədir. Məmur özbaşnalıgı son həddədir. İcra başçısı Sevindik Hətəmov rayona nəzarəti itirib. Biznes sistemi üzərində siyasətini qurub öz şəxsi mənafeyini üstün tutan icra başçısı elə bir vəziyyət yaradıb ki, əhali Yardımlını viran qoyan keçmiş icra başçısı Xəzər Aslanovu çıraqla axtarır. Xəzər Aslanov Yardımlıdan gedəndə Sevindik Hətəmova deyib ki, əgər pul qazanmaq istəyirsənsə, müavin olan Mahir Mirzəyevi yanıında saxla. Sevindik Hətəmov da onun dediklərinə əməl edərək həqiqətən də milyonlar qazanıb. Mahir Mirzəyev demək olar ki, rayonu tam nəzarətində saxlayır. Başına yıgdıgı adamları vasitəsilə rayon büdcəsini yeyib dağıdır.
Mahir Mirzəyev rayonda onlarla müəssisə yaradıb və həmin müəssisələr Yardımlıda keçirilən bütün tenderlərin qalibi olaraq büdcədən ayrılan pulları mənimsəyir. Mahir Mirzəyev bu müəssisələri 6 saylı Vergilər İdarəsində işləyən şəriki İqbal Rzayevin sayəsində yaradır və tenderdə qalib elan edilərək dövlət büdcəsindən ayrılan küll-miqdarda vəsaiti ələ keçirdikdən bir müddət sonra həmin müəssisələrin fəaliyyəti dayandırılır ki, müəssisə vergi yoxlamasına düşməsin”.
Məktubda bildirilir ki, bu müəssisələrin mühasibatlıq hesabtları da saxtadır və müəssisələrin əksəriyyəti rayonun ən kasıb bir neçə sakinin adına sənədləşdirilib. Hansı ki, rayonda hər kəs həmin şəxslərin hansı açınacaqlı şəraitdə yaşadıqlarını bilir.
Məktubda hətta adına müəssisə yaradılan şəxslər arasında Yardımlı rayon İcra Hakimiyyətində çayçı işləyən bir nəfərin də olduğu iddia edilir.
Məktub müəllifləri qeyd edirlər ki, S. Hətəmov büdcə məsələlərini M. Mirzəyevə tapşırdıgı kimi, torpaq, kənd təsərrüfatı işlərini M.Mirzəyevin əmisi oğlu Elçin Mirzəyevə və M.Mirzəyevin bacısı oğlu olan Torpaq və Xəritəçəkmə Şöbəsinin müdiri Əli Babayevə tapşırıb: “Onlar isə rayonu çapıb talayırlar. Rayonda ayrı-ayrı adamların adına hektarlarla torpaq sahələri alınıb və dövlət büdcəsindən ayrılan əvəzsiz kreditlərin hesabına torpaq şumlanır, əkilir və məhsul yıgılır. Bu sahədən gələn gəlir isə Mahir Mirzəyev və bir neçə nəfərin cibinə gedir. Bundan başqa Mahir Mirzəyev mənimsədiyi pullar hesabına qoyunçuluq və arıçlıq təsərrüfatları da qurub”.
Məktub müəllifləri bildirilər ki, M. Mirzəyev həmçinin Yardımlıda aparılan aparılan abadlıq- qurculuq işləri adı altında dövlətin milyonlarla manatını mənimsəyir. Onların yazdığına görə, M.Mirzəyev bu mənimsəmə əməliyyatlarını yaxın qohumu olan Akif Teyyubovun adına yaratdığı “Reyhan” kişik müəssisəsi vasitəsilə aparır.
Məktubda həmçinin bildirilir ki, Yardımlıya tam nəzarət edən M.Mirzəyev qarşıdan gələn bələdiyyə seçkilərinə də tam müdaxilə edir. Müəlliflər yazır ki, artıq M. Mirzəyev kimlərin bələdiyyə üzvləri olacağını müəyyənləşdirib: “Bələdiyyə üzvü olmaq üçün qiymətlər belədir: kənlərdə 1500 manat, sədr 3 min manat, rayon bələdiyyə üzüvlüyü 3 min, sədr isə 15 min manat”.
Şikayətçilər həmçinin qeyd edirlər ki, M.Mirzəyev Yardımlı meşələrində tam bir “yaşıl soyqırım” həyata keçirir. Ağacları qırdırıb ya satdırır, ya da obyektlərində onlardan müxtəlif avadanlıqlar düzəltdirir.
Məktub müəllifləri bu məsələlərlə bağlı daha öncə də mətbuata müraciət etdiklərini bildirirlər.
Məktubdakı iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.