Rəqqasə Aytən Aşıq Ədalətin “Səbəbkar” verilişində rəqqasəni təhqir etməsinə münasibət bildirib.
O, açıqlamasında rəqqasə aşığı məhkəməyə verdiyini bildirib:
“Bu gün dostlarım zəng edib məlumat verəndə ilk öncə inanmadım. Videonu görəndən sonra dəli oldum. Bu gün iki toyum var idi, o qədər stress keçirdim ki, toyda necə iştirak etdiyimi bilmədim. Yaşlı kişidir, ona ayıb olsun. Çox üzr istəyirəm, orada mənim var-yoxumu söyüb. Onu məhkəməyə vermişəm, onunla bağlı işlər gedir, videonu təhvil verəcəyəm. Əgər məndən verilişdə üzr istəməsə, bu işin sonuna kimi gedəcəm”.
Aytənin sözlərinə görə, aşıq Ədalət efirdə səsləndirdiyi fikirləri danır:
“Bəzi dostlarım zəng edib xahiş etdi ki, məhkəməyə verməyim, o görüntülər montajdır. 17 ildir ki, efirdəyəm və nəyin montaj olduğunu yaxşı bilirəm. Əxlaqsız sözlərinə görə cavab verəcək. Mən rəqqasəyəm. Orada deyib ki, mən Aytəndən yaxşı oynayaram. Əgər o da oynamaq istəyirsə, paltarımı verə bilərəm. Mən ona hüquqi yolla cavab verəcəyəm. Həmkarım olsa, üz-üzə dayanıb söhbət edərəm. Aşıq Ədalət ölən övladının qəbirinə and içir ki, elə söz deməmişəm”.
Rəqqasə verilişdə iştirak edən digər şəxsləri də qınayıb:
“O verilişin aparıcısına və orada oturan xanımlara da ayıb olsun. Aşıq cinsi orqanının adını çəkir, onlar da qəhqəhə çəkib gülürlər. Oturub mentalitetimizdən danışırlar, lakin qadınların təhqir olunmasına göz yumurlar. Əgər o veriliş gərçəkləri göstərirsə, sözügedən fraqmentləri efirə versinlər. Bu gün Telli Borçalı ilə danışdım. Dedi ki, mən o söhbət zamanı verilişdə olmamışam. Aşıq Ədalət də olanları danır və jurnalistlərin üzərinə atır ki, montaj ediblər.
Aşıq Namiqin konsertindəki saz havası ilə oynamağımı pisləyir. Amma konsertdə mən oynayanda Namiqi alqışlarla qarşıladı. Bu qədər ikiüzlülük olmaz. Cavanları qınayırlar, amma yaşlılar başlarını itiblər. Bir ayaqları burada, digərləri gordadır. Cavan nəsilə örnək olsunlar ki, öləndə gorlarına söyməsinlər”./// qafqazinfo.az