Mənbə xəbər verir ki, Bakıda nəzarət funksiyası İqtisadi İnkişaf və Sənaye Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilsə də, rayonda həmin məsələ yerli İcra Hakimiyyətlərinin ixtiyarına verilib. Əldə etdiyimiz məlumatlarda isə vurğulanır ki, Goranboyun icra başçı dövlət başçısının məlum tapşırığını bir kənara qoyaraq, öz bildiyi kimi davramaqdadır. Beləki, fevralın 21-də dəyərdən düşən manatın fonunda Azərbaycan hökuməti mal və məhsulların qiymətinin artmayacağı barədə tədbirlər görməyə başlayıb. Həmin müddətdən bəri qiymət artımına getmiş əksər dükan və marketlər ya bağlanılıb, ya da külli miqdarda cərimə edilib. Daxil olan məlumatlarda deyilir ki, Goranboyun icra başçısı Nizaməddin Quliyevdə manatın devalivasiyasından ciddi zərərə düşmüş məmurlardan hesab olunur. Maşın biznesində tutmuş, restoran və market işlətmə sahəsində geniş imkanları olan icra başçısı düşdüyü zərəri Goranboyda yaşayan camaatdan və sahibkarlardan çıxarmaq fikrinə düşüb. Rayondan redaksiyamiza verilən məlumatda deyilir ki, Goranboy rayonunda ələ keçirdiyi bütün biznes məkanlarında qiymətlər digərlərindən fərqlənir. Məlumatda qeyd edilir ki, bu fərqli qiymətlər bütün ərzaq və qeyri-ərzaq mallarına tətbiq edilib. Bu isə dövlət başçısının verdiyi göstərişin qulaqardına vurulması deməkdir.
Həmin məlumatda o da qeyd olunur ki, Nizaməddin Quliyev özü qiymətləri artırsa da, rayondakı digər sahibkarları gözümçıxdıya salıb. Məsələn, dükan işlədən biznesmenlərdən pul tələb edildiyi vurğulanır. İddia olunur ki, icra başçısının göstərişinə əsasən sahibkarlar aylıq olaraq ona haqq verməlidirlər. Bu tapşırığa əməl etməyən sahibkarı isə «dükanda malların qiyməti süni bahalaşıb» ittihamı ilə saxlayıb, ağır şəkildə cəza kəsirlər. Yəni, həmin dükan sahibindən külli miqdarda pul alaraq, sərbəst buraxırlar.
Azerinews.tv-yə üz tutan rayon sahibkarları artıq yaranmış vəziyyətdən bezdiklərini deyirlər. Onlar məcburiyyət qarşısında qalaraq, Prezident Admnistrasiyasına gedərək, dərdlərini ölkə başçısına demək istəyirlər. Bunun baş verəcəyi təqdirdə isə Nizaməddin Quliyevin rayonda yaratdığı “gestapo” rejminə görə ciddi şəkildə bədəl ödəyəcəyi gözlənilir…
Mözuya qayıdacağıq bizi izləyin