Elza Seyidcahan ərə gedir?

13-04-2015, 12:19   
Elza Seyidcahan ərə gedir?
A-dan Z-yə" şousunun növbəti qonağı bəstəkar-müğənni, əməkdar artist Elza Seyidcahan oldu.

ANS PRESS-in məlumatına görə, ANS TV-də Zaur Nəbioğlunun təqdimatında yayımlanan verilişdə qonaq olan əməkdar artist Elza Seyidcahan şəxsi həyatı ilə bağlı bir çox açıqlamalar verib. Elza xanım növbəti dəfə ailə həyatı qurmaqla bağlı da suala cavab verib.

"Övladlarım mənim üçün hər şeydir. Öz həyatımı unudub onların xoşbəxtliyi üçün çalışan ana olmuşam. Heç vaxt onlardan arxayın olmamış özümü düşünmərəm. İndi şükür ki, oğlumun ailəsi var, qızım da nişanlıdır. Əgər qismət olsa, yenə də güvəndiyim dostlarımın və yaxınlarımın məsləhəti ilə düşünərəm. Amma yenə qeyd edirəm, mənimçün ailəm müqəddəsdir və ailəmin xoşbəxtliyi mənim xoşbəxtliyimdir".
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.