Krımda Ukrayna bankları bağlandı

13-05-2014, 12:41   
Krımda Ukrayna bankları bağlandı
Rusiya Federasiyasının Mərkəzi Bankı Krımda yerləşən 6 Ukrayna bankının fəaliyyətinə qadağa qoyub. Ruslar bu addımı Krımda yaşayan Rusiya vətəndaşlarının iqtisadi təhlükəsizliyini qorumaq üçün atdıqlarını bildiriblər. Rusiya Mərkəzi bankının məlumatına görə, son zamanlar Krımda yerləşən Ukrayna banklarının Rusiya vətəndaşlarının hüquqlarının pozulaması faktları həddən artıq çoxalmışdı, məhz bu səbəbdən onlar belə bir addım atmağa məcbur olublar. Qeyd edək ki, Rusiya Mərkəzi Bankı Ukraynanın “Terra Bank”, “Finance Kredit Bank” “Finance Bank”, “Avant Bank” və “Akçent Bank”larının bu ölkədə fəaliyyətini dondurub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.