Xalq artisti Alim Qasımovun oğlu avtomobil qəzasına uğrayıb. Kanal S (Region TV) xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 119-cu km-liyində baş verib. Qəza zamanı yolun ortasında manevr edərək əks yola keçmək istəyən şəhərdaxili marşurut arxadan gələn minik maşını ilə toqquşub.
Minik maşınının sürcüsü Alim Qasımovun oğlu Qadir Qasımov yüngül xəsarət alıb. Avtobusun sürcüsü Vidadi İsgəndərov və sərnişini isə Şamaxı rayon Mərkəzi Xəstxanasına çatdırılıblar. Onların vəziyyəti normaldır. Faktla əlaqədar Baş dövlət Yol Polis İdarəsində araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq avtoekspertizanın rəyindən sonra müəyyənləşəcək.
Milli.Az