“Kəskin sancılar məni narahat edirdi”.
Tanınmış aktyor Elməddin Cəfərovun səhhətində yaranan problemlər onu xəstəxanalıq edib.
Aktyor kəskin böyrək sancıları ilə paytaxt xəstəxanalarının birinə aparılıb.
Xəbəri təsdiqləyən Elməddin xəstəxanada həkimlərin müdaxiləsindən sonra özünü nisbətən yaxşı hiss etdiyini deyib:
"Bir neçə gün idi ki, böyrəyimdə kəskin sancılar məni narahat edirdi. Bu gün səhər ağrılara dözə bilməyib həkimə getdim. Müayinələrdən sonra məlum oldu ki, böyrəyimdə daş və duz var. İynə vurdular, indi ağrılarım azalıb. Müalicə yazdılar, bəzi qidalardan imtina etməyi tapşırdılar. Xəstəxanada yatmağı məsləhət görsələr də, razılıq vermədim. Çünki işlərim tökülüb qalıb. Həm də xəstəxanada yata bilmirəm”(publika.az).