Sevil-Sevinc bacılarının adı daha bir qalmaqalda — VİDEO (ÖZƏL)

13-04-2015, 22:14   

Bir müddət öncə qalmaqallı şəkildə gündəmə gələn Sevil-Sevinc bacıları bu dəfə məhkəmə qarşısında cavab verməli olacaqlar.

Belə ki, “Sarı çiçəyim”, “Borc ver” kimi mahnıların ilk ifaçısı Aqil Məmmədov Ölkə.Az-la əlaqə saxlayaraq, əkizlərin onun hüququnu pzoduqlarını bildirib:

“Mənim “Sarı çiçəyim” mahnım 2006-cı ildə məşhur olanda da kimlərinsə gözü götürmədi. Yazdılar ki, guya mən ölmüşəm. Biri dedi həbsxanada bıçaqlanmışam. İndi də “Youtube”da mahnılarımın altına şərh yazırlar ki, Allah rəhmət eləsin! Ondan sonra məni nə verilişlərə, nə də məclislərə çağırmırlar. Yalnız yaxın adamlar bilir ki, sağam, toylarına dəvət edirlər. Şaiyəni kimin yaydığını deyə bilmərəm”.

İfaçını ən çox qəzəbləndirən isə əkiz bacıların onun barəsində “ölüb” sözünü işlətməsidir:

“Bu yaxınlarda “Xəzər” televiziyasında hansısa verilişdə onlardan müsahibə götürürdülər. Jurnalist soruşdu ki, ifa etdiyiniz “Borc ver” mahnısının müəllifi kimdir, kim oxuyub? Onlar da cavab verdilər ki, tanımırıq, amma bildiyimizə görə, rəhmətə gedib. Halbuki onlara mənim sağ olmağım barədə xəbər çatmışdı. Sadəcə, mahnını öz adlarına çıxarmaq istədilər. Hətta Yusif Mustafayev də soruşdu ki, kimdirsə deyin, mən də halallığını alıb oxuyum”.

A.Məmmədovun sözlərinə görə, yaxın günlərdə Sevil-Sevinc bacıları sözügedən mahnını bəstəkarı Ramil Əliyev tərəfindən məhkəməyə veriləcək:

“”Borc ver” mahnısını Bəstəkarlar İttifaqının üzvü Ramil Əliyev yazıb. Mahnının nota köçürüb və Müəllif HÜquqları Agentliyindən qeydiyyatdan keçirib. Bundan sonra həmin bacılarla qanun yolu ilə danışılacaq”.[media=https://www.youtube.com/watch?v=PaBwNpGcJLw]
Yenilik.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.