Ağdaş rayonunda millyonlar hara xərclənib – Şikayət VİDEO

13-04-2015, 22:22   

Yenilik.Az xəbər verir ki, Teref.infonun poçtuna Ağdaş sakinlərindən şikayət daxil olub. Bu şikayətin nöqtə vergülünə əl vurmadan oxuculara təqdim edirik.
“Hörmətli Teref.info,bu goruntulər Ağdaş rayonunda cəkilib. Agdaş rayonu Heydər Əliyev prospektinin bu gunə olan vəziyyətidir. Biz başa düsmürük icra başçısı Tofiq İbrahimov ve Azersu ASC-nin Ağdaş rayon idarəsinin sədri hara baxir. Ölkə prezidenti tərəfindən Ağdaş rayonunun abadlasdirilmasi ucun pulllar ayrilsada, icra hakimiyyətinin başçisi Tofiq İbrahimov yalniz muəyyən yerlərə “bəzək-duzək” vurmaqla göz aldadıb. Biz bir necə dəfə muəyyən qurumlara şikayət etsəkdə, sikayətimiz cavabsiz qalib. Umumilıkdə Ağdaş rayonunda cox problemlər var.
Səhiyyə, təhsil, tikinti sahələrində cox problemlrr var. Təhsil şöbəsinin müdürü Lütfu müəllim və icra başçısı Tofiq İbrahimovun bir çox qanunsuz əməlləri haqqında yazmaq olar. Lakin mətbuatda artıq bu haqda məlumatlar gedib. Ve nəyahət bu hadisə bardagi dasdiran son damla oldu və bu videonu cəkmək məcburiyyetində qaldiq. Ağdaş rayonu Heydər Əliyev prospektinde yerlesen Dovlet Sosial Müdafiə fondunun qarsisindan bazarin qarsisina kimi prospek boyunca asfalt ortuyunun uzeri ilə axib gələn cirkab suyu Agdas rayunun bazarinin qarşisnda yigilib qalir. Biz bir necə dəfə Azərsu ASC-yə bu radaki vəziyyət haqqinda bildirsəkdə hec bir is gorulmeyib. Hörmətli Teref. info Agdas sakinləri olaraq sizə səslənirik, bu hadisəni isiqlandirin ki, bəlkə yuxari inistansiyalardan kimsə rayona ayrılan milyonların hara xərcləndiyi barədə icra başçısından soruşsun. Bu yolların vəziyyətini siz özünüz bu videoda görəcəksiniz. Bu yollar milyonlara başa gəlmiş yollara oxşayırmı. Bu sular isə olan qalan yolu da bərbad vəziyyətə qoyur.”
[media=https://www.youtube.com/watch?v=WNRGy2b9_7o]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.