Oğuz Xəstəxanasında gənclərə «dəlilik kağızı» satılır

13-05-2014, 15:00   
Oğuz Xəstəxanasında gənclərə «dəlilik kağızı» satılır
Baş həkim Sunay Balakişiyevin "səyləri" nəticəsində rayonda hərbi xidmətdən yayınanların sayı artıb

Oğuz rayon Mərkəzi Xəstəxanasında sağlamlıq haqqında arayış almaq üçün 5 manatdan keçmək lazımdır. Bu barədə JAM.AZ-a rayon sakinləri məlumat veriblər.

Onlar bildiriblər ki, xəstəxananın baş həkimi Sunay Balakişyevin göstərişinə əsasən belə bir qiymət müəyyyənləşdirilib. Məlumatda iddia edilir ki, arayışa görə alınan pulun yarısı birbaşa baş həkimə çatır.

Amma JAM.AZ-a məlumat verən rayon sakinləri onu da bildiriblər ki, Oğuzda hərbi xidmətdən yayınmaq istəyənlər üçün də istənilən şərait yaradılıb. Belə ki, Sunay Balakişiyevin hətta gənclərə heç də kiçik olmayan məbləğ müqabilində xəstəlik kağızı, hətta ruhi-əsəb xəstəsi (dəlilik) olması haqqında da sənəd verilir.

İddia edilir ki, məhz bu səbəbdən rayonda son bir ildə hərbi xidmətdən yayınanların sayı çoxalıb. Sakinlərin dediyinə görə, imkanı olanlar pul verib «dəlilik kağızı» alaraq, uşaqlarını əsgərlikdən saxlamağa nail olurlar.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.