Kolumbun gəmisi tapıldı

13-05-2014, 15:02   
Kolumbun gəmisi tapıldı
Amerikalı arxeoloqlar Karib dənizinin dibində, Haitinin şimal sahillərinin yaxınlığında köhnə gəmi qalıqları tapıblar.
Həmin qalıqların Xristofor Kolumbun 1492-ci ildə Amerikanı kəşf etdiyi "Santa-Mariya" gəmisi olduğu bildirilir.

"Bütün coğrafi, sualtı topoqrafik və arxeoloji dəlillər göstərir ki, aşkarladığımız qalıqlar Xristofor Kolumbun "Santa-Mariya" gəmisinə məxsusdur", - arxeoloji qrupun rəhbəri, amerikalı professor Barri Klifford deyib.
Araşdırma və axtarış işləri Haiti hökuməti ilə birlikdə aparılıb. Dalğıclar, maqnit ölçmə cihazları və hidrolokasiya avadanlığı vasitəsilə alimlər su dibindəki qalıqları tam araşdırıblar.

2003-cü ildə elə həmin alim qrupu araşdırmalar aparmış və maraqlı tapıntılar aşkarladığını bəyan etmişdi.
Bundan başqa, Klifford 400-dən artıq dəniz anomaliyasını və Xristofor Kolumbun gündəliklərini tədqiq etmişdi. Beləcə, Klifford gəminin qalıqları ola biləcək arealı müəyyənləşdirmişdi.

"Santa-Mariya" Xristofor Kolumbun 1492-ci ildə Amerikanı kəşf etdiyi 3 dorlu, flaqman gəmisidir. 25 metr uzunluğu olan gəmi 40 nəfər tuta bilirdi.
Gəmi 1492-ci ilin dekabrın 25-də Haiti sahillərində mərcan rifinə dəyərək batmışdı.

Kolumbun ekspedisiyasında "La Ninya" və "La Pinta" gəmiləri də vardı.
Araşdırma işləri ilə bağlı "History Channel" üçün sənədli film də çəkilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.