Facebook onun fırıldağını faş etdi

13-05-2014, 15:03   
Facebook onun fırıldağını faş etdi
Londonun Palmers-Qrin səmtinin sakini Devid Hammond nişanlısı ilə birlikdə Braziliyada tətildə olarkən qarətə məruz qaldığını demişdi.
O, polisə müraciət etmiş, quldurların ölüm təhdidi ilə qarşılaşdığını söyləmişdi.

27 yaşlı Devid onu da söyləmişdi ki, Rio-de-Janeyro şəhərində quldurlar sevgilisinin barmağındakı brilyant üzüyü oğurlayıblar.
Üzüyün qiyməti isə 20 min funt-sterlinq idi.

Britaniyaya qayıdandan sonra Devid sığorta şirkətinə müraciət etmiş, üzüyün dəyərinin ödənilməsinə nail olmuşdu.
Aylar keçib və qəflətən işin üstü açılıb.

Belə ki, Devidin nişanlısı "üzük oğurluğu"nu unudaraq "itmiş" üzüyü barmağına taxaraq şəkil çəkdirmiş, sonra da həmin fotoşəkli Facebook-a yükləmişdi.

Sığorta şirkətinin əməkdaşları da bunu görüblər və polisə xəbər veriblər.
Devid Hammond barəsində cinayət işi açılıb və o, məsuliyyətə cəlb olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.