Elza Seyidcahandan yeni poeziya nümunəsi

15-04-2015, 13:53   
Elza Seyidcahandan yeni poeziya nümunəsi
Son aylarda ədəbi yarıdıcılığı ilə ölkəyə səs salan əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan öz növbəti poetik əməyinin bəhrəsi olan əsərini musavat.com-a təqdim edib.
Müəllifin “Soyunan qıza nə deyəsən?” adlı şeirini olduğu kimi təqdim edirik:

“Soyunana qıza nə deyəsən?
“Ay qız, rəqs et” deyəsən?
Qızcan, rəqs et, bilirsən?
Özünü kəşf etdirirsən?
Üzərək rəqs et, bilirsən?
Böyük bir səhv et,
Kiçik bir rəhm et,
Səhnədən çıx get deyəsən?
Rəhm etmək istəyirsənsə,
Süzərək düz get.
Düppədüz rəqs et, bilirsən?
Rəqs edə bilmirsən
Niyə soyunursan?
Axı söyülürsən.
Sonra döyülərsən.
Səhnəni batırırsan,
Rəqsi yandırırsan...
Soyuna bilirsən,
Rəqs edə bilmirsən?
Onda rəqs et.
Demədim rəqs et?
Fırlan rəqsin başına,
Fırlansın sənin baxışına.
Ağlasın sənin çıxışına,
Tullansın qalasan matına,
Desin sənin zatına.
Lap elə atına!
Sal atın altına,
Təpiklə rəqs et
Tozanaq qopsun.
Yumruqla vəsf et,
Sancıdan qovrulsun.
Cırmaqla tut get,
Tez ol çırp get
Vur get, dur get.
Sən canın rəqsi qur get
Nə olar rəqs et...
Görək sənin vücudunu,
Oturuşunu, süzüşünü,
Duruşunu, küsüşünü,
Üzüşünü.
Rəqs-rəqs hürüşünü,
Xalqın sənə gülüşünü,
Rəqs etmək cürətini
Səhnənin sənə rüsxətini,
Rəqsin sənə nifrətini
Qazanma sən!
Utanmadan soyunursan,
Özünü kimə tay tutursan?
Dayanma sən.
Onda rəqs et,
Oyanma sən.
Mən ölüm rəqs et
Usanma sən
Tez ol, rəqs et,
Özünü tap get
Dedim rəqs et
Rəqsi kəşf et,
Onu rədd et,
Daim rəqs et.
Rəqs etmirsən?
Rəqs et.
Di dur rəqs et,
Ay qız rəqs et
Soyunan qıza nə deyəsən?
Ay qız, rəqs et deyəsən????”

Xalidə Gəray
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.