Söyülən aşıq Namiqdən şok açıqlama:“Bəzi aşıqlar kimi sazı xanımın sinəsinə, göbəyinə sürtməmişəm ki””

15-04-2015, 18:41   

Aşıq Ədalətin efirdə söyüş xarakterli ifadələr işlətməsi ilə bağlı ölkə mətbuatında başlayan ajiotaj səngimək bilmir. Bu məsələdə təkcə Aşıq Ədalət deyil, oriental oynayan rəqqasəni müşayiət edən aşıq Namiq də qınanır, ünvanına tənqidlər səsləndirilir. Bir çox ziyalılar, yazarlar, hətta aşıqlar belə sazla oriental rəqsin sintezini pisləyir, olayı “biabırçılılıq” adlandırırlar.
Bu barədə “Yeni Müsavat”a açıqlama verən Aşıq Namiq özünü bu cür müdafiə etməyə çalışıb:
“Oriental rəqslə saz ifa etmişəm, belə əcəb etmişəm. Bu barədə kim mənə sual verəndə yalnız belə cavab verirəm. Məni qınayan səhv edir. Axı burda pis nə var ki? Rəqqasə xanım oriental oynayırdı, mən də ifa ilə onu müşayiət edirdim. Fikir versəz, görərsiz ki, həmin vaxt çox yaxşı geyimdə idim. O zalım qızının da geyimi belə olub da, indi neynəmək olar? Bəzi aşıqlar kimi sazı xanımın sinəsinə, göbəyinə sürtməmişəm ki”.
Aşıq qeyd edib ki, qalmaqallı ifasını bundan əvvəl də böyük səhnədə nümayiş edib. Üstəlik, bu ifasına görə tanınmış aşıqlar hətta onun ünvanına təriflər də yağdırıb:
“Bu yaxınlarda keçirtdiyim böyük konsertdə bu ifanı etmişdim. Həmin vaxt demək olar ki, bütün tanınmış aşıqlar orda idi. O cümlədən Baba Vəziroğlu, Şeyx Əbdül, Manaf da orda idi. Onların hərəsinə bir çıxış verdim, hamısı da öz ifasını etdi. Niyə məhz onda o aşıqlar mənə öz iradlarını bildirmədi. Əksinə, hətta mənə xeyir-dualar da verdilər ki, “sən yaxşı aşıqsan, saz sənətində yeniliklər edirsən, sənə uğurlar!”.
Mən özüm saz havası ilə oreintal rəqsin əleyhinyəm, lakin mənim ifam elektron sazda olub və bu türk mahnısıdır. Yəni, etdiyimə haqq qazandırıram.
Ümumiyyətlə, bu sənətdə yenilik etməyi çox sevirəm. Məsələn, bir konsertimdə meyxanaçı Namiq Məna ilə, birində estrada müğənnisi, digərində muğam ifaçısı ilə çıxış etmişəm və s. İndi də rəqqasə ilə ifa etdim və bunda pis bir şey görmürəm”.

“Aşıq havası ilə oreintal rəqs nə dərəcədə doğrudur, bu yeniliyi sizdən əvvəl hansısa aşıq etmişdimi”sualına aşıq Namiq belə cavab verdi:
“Aşıq Tariyeloğlu var, ilk dəfə belə bir ifa onda olmuşdu. Hətta onun ifasına klip də çəkilib.
Mənim uğurlarımı kimlərinsə gözləri götürmür, gözləri kor olsun onların… Bu gün yalnız öz ayaqlarımın üstündə dayanmışam, hətta Aşıqlar Birliyi belə mənə dəstək olmaq istəmir. Lakin sənətimlə bütün dünyanı gəzirəm, televiziyalarda çıxış edirəm, hətta türk serialındakı Polad Alemdar rolunu oyanayan aktyorla belə görüşümüşəm”.
Aşıq Namiq ustad sənətkar aşıq Ədalətin onu söyməsi olayına da öz münasibətini bildirib:

“Aşıq Ədalət elə bir şəxsiyyətidir ki, onun heç biri sözü müzakirə edilməməlidir. O bizim saz sənətimizin hazırki şahıdır. Ustad mənim keçirdiyim bütün konsertlərə gəlib, hətta ad günlərimdə belə mənim yanımda olub, mənə dəstək verib.
Yaranmış olaydan sonra onun evinə getdim ki, “ay usta, bu nə məsələdir?”. O da dedi ki, “mənim sənə qarşı heç bir ədavətim yoxdur və əmi kimi həmişə sənin yanındayam”.
Bununla bağlı kadrlar da yaydım ki, ağzıgöyçək jurnalistlər baxıb görsünlər ki, doğru olan nədir”.
Qeyd edək ki, rəqqasə Aytən efirdə onun ünvanına söyüş xarakterli ifadələr işlətdiyinə görə Aşıq Ədaləti məhkəməyə veridyini demişdi. Aşıq Namiq isə artıq rəqqasənin bu fikirdən daşındığını bildirdi:
“Aytən mənə dedi ki, aşığı məhkəməyə vermək istəyir. Dedim ki, “ay qız, sən onu məhkəməyə versən belə, heç kim ona heç nə etməyəcək. Aşığın 77 yaşı var, üstəlik, o, bizim dəyərli ustadımızdır. İndi əsəbləşib, ağzından söyüş qaçıb, verilişdəki kişilər də utanmadan arvadlar qoşulub hırıldayılar. Onlar da özlərinə kişi deyirlər…”
Aşıq olub keçənlərin bütün günahnı televiziyalarda gördüyünü dedi. O, veriliş aparıcılarını savadsızlıqda günhalandırıb və aşıq Ədalətin söyüş videosunu yayan mətbuat işçilərini qınayıb:
“Hazırda efirlərdə əməlli-başlı boşluq yaranıb, savadlı aparıcılar barmaq sayı qədərdir. Yazıq kişini bir yolla aparıb çıxardıblar efirə, sonra da araya salıb əsəbləşdirib belə bir olay çıxardıblar. Hələ bir onun söyüşünə qəhqəhə çəkib gülürlər.
Lap tutaq da ki, aşıq o söyüşü söyüb, onu yaymaqda məqsədləri nə olub? Üzümü tuturam o verilişin aparıcısına və digərlərinə. Ayıb olsun sizə, babanızdan belə yaşlıdır o kişi. Onu elə bir hala saldılar ki, eşitdiyimə görə, hətta özünü öldürmək istəyib. Aşıq Ədalət bizim saz sənətimizi bütün dünyaya misilsiz olaraq təbliğ edib. Budur onların belə bir ustad sənətkara qoyduqları qiymət?!” .
Xatırladaq ki, olay haqqında “Yeni Müsavat”a danışan ustad sənətkar Aşıq Ədalət bildirmişdi ki, efirdəki söyüş qalmaqalına görə özünü bağışlaya bilmir, el qınağına tuş gəldiyi üçün həyatına son qoymaq istəyir.
Məşhur türk yazıçısı Əziz Nesin onun haqqında belə demişdi:
“Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Aşıq Ələsgər söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur”.
Ustad sənətkar “Qaytarma”, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəmi” və başqa saz havalarının bənzərsiz ifaçısıdır.
Yenilik.Az:
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.