78 yaşlı Norman Hodces 1962-ci ildə məşhur aktrisa Merilin Monronu qətlə yetirdiyini etiraf edib.
Axşam.az-ın modern.az-a istinadən məlumatına örə, mərkəzi İsraildə yerləşən “World News Daily Report” internet resursunun yaydığı informasiya bütün dünya KİV-nin diqqətini cəlb edib. Hazırda xəstəxanada müalicə alan Hodces ABŞ hakimiyyəti üçün təhlükə törədən şəxsləri aradan götürən 5 nəfərlik professional killer qrupunun üzvü olduğunu deyib.
Mərkəzi Kəşfiyyat İdarəsində uzun illər xidmət edən Hodces qrupun fəaliyyəti dövründə 37 tanınmış siyasətçi, jurnalist, artist və ictimai xadim öldürdüyünü deyib.
Hodces Merilin Monronun öldürülmə səbəbinə də aydınlıq gətirib.
“Bizdə məlumat var idi ki, Merilin təkcə prezident Kennedi ilə deyil, Kuba lideri Fidel Kastro ilə də yatır. Rəisim Ceymi Heyvort əmr etdi ki, mən Monronu aradan götürüm və hər şeyin intihara bənzəməsinə çalışım. Mən bunu Amerika üçün etdim! Axı Merilin kommunistlərə stareji dövlət sirlərini ötürə bilərdi, biz isə buna yol verə bilməzdik”.
Qeyd edək ki, Merilin Monro 1962-ci il avqustun 4-dən 5-nə keçən gecə öz evində ölü tapılıb. Yatağında və evin digər otaqlarında polis çoxlu sayda yuxu həbləri tapmışdı. İstintaq aktrisanın ölümünü çoxlu dərman qəbulunun doğurduğu bədbəxt hadisə kimi səciyyələndirmişdi.