“Qurdlar vadisi”nin Çakırına 15 illik həbs

17-04-2015, 16:15   

Türkiyəli məşhur aktyor Oktay Kaynarcaya saxtakarlıq ittihamı ilə cinayət işi açılıb.

Axar.az xəbər verir ki, aktyorun sahibi olduğu istehsalat şirkəti 2010-2011-ci il sənədlərinə görə vergidən yayınıb və şirkətin bəzi sənədlərinin saxta olduğu aşkar edilib. Günahı sübut olunarsa, aktyor Vergi Qanununa qarşı çıxdığına görə 9 ildən 15 ilədək həbs oluna bilər.

Oktay Kaynarca haqqındakı ittihamları rədd edərək belə deyib: “İki agentlikdən mal, ya da xidmət satın almışıq. Ödənişləri də çeklə etmişik. Aldığımız xidmətlərdən serialda istifadə edilib”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.