Oğuzu başçı yox, müavini idarə edir… – Etibar Yusifovun etibarsızlığı

17-04-2015, 21:19   
Oğuzu başçı yox, müavini idarə edir… – Etibar Yusifovun etibarsızlığı
…Oğuz rayonundan saytımıza çox maraqlı məlumat daxil olub. Verilən məlumata görə rayon mərkəzində olan istirahət parkının girişində, əhalinin gediş-gəliş yolunda abadlaşdırma adı ilə çayxana açılıb. Əhali isə qalıb piyadalar üçün keçidi olmayan maşın yolunda. Çayxananın sahibi Vidadi Mustafayev əvvəlcə həyat yoldaşı Mirvarid Mustafayevanın adına olan mağaza işlədirmiş. Lakin mağazanın bir elə də gəlir vermədiyini görən V. Mustafayev obyekti çayxanaya çevirmək qərarına gəlir. Lakin mağazanın sahəsinin balaca olması çayxana üçün sərf etmədiyindən o, çıxış yolunu tez tapır. Beləliklə, V.Mustafayev Oğuz rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Yusifovla dərhal «dil» tapır. Qərara glirlər ki, V.Mustafayev abadlaşdırma adı ilə istəyini həyata keçirsin. V. Mustafayev də cəld işə girişir. Mağazasının qarşısında olan və əhalinin gedib- gəldiyi səkiyə üzlük daşlar döşətdirir, səkinin kənarlarına ağaclar əkir və hamı gediş-gəliş yolunu səliqə- sahmana saldığı üçün V. Mustafayevin ölənlərinə rəhmət oxumağa başlayır… Belə yerdə deyiblər, sən saydığını say, gör V.Musatafayevlə başçının müavini E.Yusifov nə sayır?
Bəli “abadlıq” işləri başa çatır və çayxana avadanlıqları parkın girişi olan səkiyə düzülür. Əhali isə çaşbaş qalır ki, bəs indi onlar lazımı yerlərə hansı yolla gedib-gələcəklər?
***


Məşədi Əzizbəyov küçəsi-73 ünvanda yerləşən bu mağaza-çayxana artıq bir neçə aydır əhlinin göz dağına çevrilib. Çünki yolun bir tərəfində olan dar səkidə əhalinin pul almaq üçün nöbəyə durduğu bankomat, ət mağazası, digər tərəfdəki səkidə isə çayxanadır. Gediş yolu üçün isə piyadaların keçidi üçün nəzərdə tutulmayan maşın yolu qalır. Bu da insanların həyatı üçün çox təhlükəlidir. Bu deyilənləri təqdim olunan şəkillərdən də əyani surətdə görmək olur.
Redaksiyaya zəng edən şikayətçi-narazıların verdiyi infopmasiyaya görə bu barədə Oğuz RİH-n başçısı Eyvaz Qurbanova məlumat verilib. E.Qurbanov bu işin araşdırılıb tədbir görülməsini təsərrüfat və quruculuq işlərinə cavabdeh olan müavini Etibar Yusifova tapşırır. Etibar müəllim isə başçının ona etdiyi etibara etibarsızlıq edərək, məsələni tamam başqa səmtə yönəldir. Belə ki, E. Yusifov E.Qurbanova yalan məlumat verərək bildirir ki, bəs həmin ərazidə kiçik sahibkar V.Mustafayev quruculuq, abadlıq işləri aparıb. Ancaq Etibar müəllim unudub ki, Oğuzun mərkəzi kiçik bir yerdir və E.Qurbanov bir gün “etibar et və yoxla” prinsipinə əməl edərək, hər şeyi öz gözləri ilə görəcək. Bəs onda nə olacaq, ay Etibar müəllim? O zaman başçı bu etibarsızlığınızı siz Etibara bağışlayacaqmı? Çətin! Çünki E. Qurbanov yalanı heç kimə bağışlamır. Necə ki, əvvəlki müavin, öz sinif yoldaşı olmuş Azad Əliyevin yalanını bağışlamadı və o vəzifəsi ilə vidalaşmalı oldu.
Gözü çıxmış qardaşdan dərs götürmək lazım idi. Hərçənd Azad Əliyevdə qardaşlığın heç izi-tozu da yox idi. Maraqlıdır, E.Yusifov, görəsən, V.Mustafayevin nəyinə və harasına aşiq olub ki, nəinki başçıya etibarsızlıq edib, hətta prezident İlham Əliyevin küçə ticarətinin yığışdırılması barədə olan göstərişini belə unudub? Nə isə…
İnanırıq ki, Oğuz RİH başçısı Eyvaz Qurbanov əhalinin bu narazılığına tezliklə son qoyacaq və yaradılmış problem aradan qaldırılacaq. Ona da ümidvarıq ki, E.Qurbanov əhalinin gediş- gəliş yolunu bağlayan Vidadi Mustafayevi və buna şərait yaradan, etibarından sui-istifadə edən Etibar Yusifovu da layiqli şəkildə cəzalandıracaq. (təzadlar)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.