Polis bölməsində PKK bayrağı asıldı

13-05-2014, 19:40   

Diyarbəkirin Silvan qəsəbəsində yeni inşa edilmiş su anbarının təhlükəsizliyini qorumaq üçün polis bölməsi açılıb. Amma yerli əhali və BDP-nin Diyarbəkir şöbə sədrinin də aralarında olduğu etirazçılar şöbəyə PKK-nın bayrağını və Öcalanın şəkillərini asıblar. “Axar.az” xəbər verir ki, BDP-nin Diyabəkir şöbəsinin başçısı Zibeydə Zümrüd bölgədə təhlükəsizlik adı ilə əslində, polis qüvvələrinin artırılmasını hökumətin basqısı kimi dəyərləndirib. Bu üzdən də qoruyucuların qaldırılmasını və polis bölmələrinin ləğv edilməsini istəyənlər bölmə ətrafında ucaldılan daş hasarın bir hissəsini də söküblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.