Aytən Aşıq Ədalətə qarşı məhkəmə iddiasını geri götürdü: “Anama qurban olsun”

18-04-2015, 17:55   
Aytən Aşıq Ədalətə qarşı məhkəmə iddiasını geri götürdü: “Anama qurban olsun”

Efirdən təhqir olunduğuna görə, Aşıq Ədaləti məhkəməyə verən rəqqasə Aytən fikrindən daşınıb.
Bu barədə məlumatı AzNews.az-a rəqqasənin özü verib. Onun sözlərinə görə, vəkili tərəfindən bütün lazımı sənədlər məhkəməyə təqdim olunsa da, sonradan anası onu bu iddiadan geri döndərib: “Aşıq Ədaləti məhkəməyə verəcəyimi deyəndən sonra saysız-hesabsız sənət adamlarından telefon zəngləri aldım. Dedilər ki, Aşıq Ədalət yaşlıdır, nə danışdığını bilmir. Hamı onu bağışlamağımı xahiş etdi. Açığöı heç kimin sözünə baxmaq fikrim yox idi. Sonda anam da həmin xahişdə bulundu, ona yox deyə bilmədim. Ədalət gedib mənim anama qurban olsun. Anama görə onu bağışladım. Anam icazə vermədi, dedi, o yaşlı adamdı, fikir vermə ona. Həm də aşıq Ədalət olanlardan sonra müsahibə vermişdi. Oxudum, baxdım ki bu adam xəcalət çəkir. Elə ondan sonra bir az yumşaldım. Ərizəmi sabah gedib götürəcəm”.

Xatırladaq ki, ATV-də Aşıq Namiq və rəqqasə Aytənin konsertindən nümayiş olunan süjet Aşıq Ədaləti bərk qəzəbləndirib. O, Aşıq Namiqin sazda ifasının sədaları altında Aytənin göbək rəqsi etməsinə nalaiq ifadələrlə etirazını bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.