Ceyhun Osmanlıdan nurçu açıqlaması

13-05-2014, 19:42   
Ceyhun Osmanlıdan nurçu açıqlaması
Milli Məclisin deputatı Ceyhun Osmanlı nurçu olması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Ceyhun Osmanlı ANS PRESS-ə açıqlamasında, nurçuluğun nə olduğunu bilmədiyini deyib: “Mən indiyə qədər nurçuluğun nə olduğunu tam başa düşməmişəm. Siz Azərbaycandan başqa, dünyanın hər hansı bir ölkəsində bu mövzudan yazan və terminologiyadan istifadə edən jurnalist tapa bilməzsiniz. 37-ci ildə qonşu-qonşunu şərləmək istəyəndə deyirdi ki, o pantürkistdir. 37-ci ildəki kimi hər hansı bir müəsəslədə yeri gəldi və ya gəlmədi şər yaxmaq artıq bir adətə çevrilib. İndi isə kimisə şərləmək üçün nurçu terminalogiyasından istifadə edilir. Cəmiyyətimiz üçün bu fikir yaddır və onun nə olduğunu başa düşmürlər".

Xatırladaq ki, mətbuatda Ceyhun Osmanlının adı dəfələrlə nurçuluqla bağlı hallanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.