Füzulidə korrupsiya şəbəkəsi: maliyyə və təhsil şöbələri ifşa edildi

19-04-2015, 10:12   


Füzuli rayon maliyyə şöbəsində maxinasiyalar təşviş yaradıb.

Tia.az-a daxil olan məlumata görə, şöbənin müdiri Zaur Aslanovun əməllərindəki qanun pozuntuları ifşa edilib. Z.Aslanovun Füzuli Rayon Təhsil Şöbəsinin müdiri Almaz Həşimova ilə işbirliyində olması korrupsiya faktlarını ortaya çıxarıb.

Zaur Aslanovun rayon Maliyyə şöbəsinin rəhbərliyinə keçməsindən sonra tender maxinasiyalarının həcmi də xeyli artıb. Zaur Aslanovun özünə və himayədarlarına arxayınlığı bəzi hallarda onu bu işləri görməyə vadar edib. Məlumata görə, müvafiq hüquq-mühafizə orqanları da Füzuli rayon maliyyə şöbəsinin fəaliyyətində bu faktları aşkarlayıb, lakin ört-basdır edilməsi prosesi gedir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.