Xəbər verdiyimiz kimi, Bəşər Əsədə bağlı hökumət qüvvələri Homs şəhərini üsyançılardan təmizlədikdən sonra prezident şəhəri tərk edən əhalini öz evlərinə dönməyə çağırmışdı. Artıq Homsu tərk edən əhali evlərinə qayıtmağa başlayıb.
Homs uğrunda iki il idi müharibə gedirdi. Şəhər müharibədən ciddi ziyan görüb. Homsun azad olunması Suriyada müharibə başlayandan bəri Bəşər Əsədin ən böyük qələbəsi kimi qəbul edilir.
“Röyter” informasiya agentliyi şəhərdən maraqlı fotoreportaj hazırlayıb. Həmin fotoları öz oxucularımıza təqdim edirik: