Qafqaz Universitetindən türk müəllimlərin çıxarılması xəbəri yayıldı

14-05-2014, 13:09   
Qafqaz Universitetindən türk müəllimlərin çıxarılması xəbəri yayıldı
Qafqaz Universitetinin adının dəyişdirilməsi və oradan çalışan türk müəllimlərin işdən çıxarılması barədə məlumat yayılıb.

Universitetin İctimaiyyətlə Əlaqələr üzrə prorektoru Natiq Paşa açıqlamasında Qafqaz Universitetinin adının dəyişdirilmədiyini deyib. Onun sözlərinə görə, universitetin adından “Qafqaz” sözü çıxarılmayıb: “Qafqaz Universitetinin adı sənədlərdə də dəyişdirilməyib. Hazırda onun adı Qafqaz Universiteti olaraq qalır”.

Natiq Paşa uiversitetdə işləyən türkiyəli müəllimlərin ixtisar olunması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, hazırda universitetdə azərbaycanlı müəllimlərlə yanaşı türkiyəli müəllimlər də çalışırlar: “Türkiyəli müəllimlərin işdən çıxarılmayıb. Hazırda onlar universitetdə çalışırlar. Onların ölkələrinə göndəriləcəkləri məsələsini isə Miqrasiya Komistəsi bilir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.