Xuraman Şuşalı: "Hicaba keçəndən sonra..." - Foto

21-04-2015, 13:35   

Müğənni Xuraman Şuşalı geyim seçməkdə çətinlik çəkir.

Bu haqda Axşam.az-ın əməkdaşı ilə söhbətində sənətçi özü deyib:

“Hicaba keçəndən sonra uzun müddət başım ana olmağa qarışdı. Geyimlərimə fikir vermirdim. Özümə vaxt ayırmıram. İndi başlamışam əyin-başıma önəm verməyə. Çox çətindir. Hər şeyi geyinə bilmirsən. Mən hicabın bütün qaydalarına riayət edirəm. Ona görə də ən xırda amilə belə diqqət yetirirəm. Bir müddətdir geyim tərzimdə dəyişiklik etmişəm. Rəngarəng paltarlar seçməyə çalışıram. Bədxərc deyiləm. Bütün qazancımı geyimə xərcləməyi də sevmirəm”.

Xına məclislərinin bəzədilməsi ilə məşğul olan X.Şuşalı mağaza aça bilməməkdən şikayətlənib:

"Mənim xına biznesim hamıdakından fərqlidir: özüm dekorasiya qurur, aparıcılıq edir və oxuyuram. Mağaza açmağı arzulayıram. Amma pulum yoxdur".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.