Azərbaycan əsilli məşhur britaniyalı bəstəkar-müğənni Sami Yusifin Ankarada iştirak etdiyi konsertdə aldığı qonorarın məbləği qalmaqal yaradıb.
Virtualaz.org saytı xəbər verir ki, S.Yusif Türkiyə Gənclər və İdman Nazirliyi, Diyanət İşləri Başqanlığı ilə birlikdə “Müqəddəs doğum həftəsi”ndə gənclər üçün ilahilər oxumağa görə aldığı qonorarın məbləği açıqlanıb.
Nazirlik sözçülərindən birinin verdiyi məlumata görə, S.Yusifə bunun üçün 100 min türk lirəsi (təxminən 50 min manat) ödənilib.
Nazirliyin nümayəndəsi iddia edib ki, S.Yusif həmin tədbirdə iştirak etmək üçün 350 min türk lirəsi istəyib. Lakin sonra 100 minə razılaşıblar.
S.Yusifin aldığı bu pul nazirlik tərəfindən “çox yüksək haqq” kimi qiymətləndirilib.
Türkiyə mətbuatının yazdığına görə, bu məbləğin çox olduğunu deyən nazirlik və Diyanət İşləri Başqanlığı növbəti tədbirlərdə yerli sənətçilərin dəvət edilməsi haqda razılığa gəlib.
Virtualaz.org