Arsen Yasenyuk Rusiyaya vaxt verdi- Son xəbərdarlıq

14-05-2014, 13:18   

“Rusiya təbii qazdan yeni növ silah kimi istifadə etməyi dayandırmalıdır”.

Bunu Ukraynanın baş naziri Arsen Yasenyuk Avropa Komissiyasında keçirdiyi brifinq zamanı deyib. O, bildirib ki, Rusiyanın Ukrayna ilə bağladığı qaz sazişi haqda verdiyi açıqlama həqiqəti əks etdirmir:

“Biz Rusiyanın bu mövqeyi ilə bağlı təbii qazın satışı ilə məşğul olan “Qazprom” şirkətinə etiraz müraciəti etdik və onların diqqətinə çatdırdıq ki, Ukraynanın borcu dəqiq hesablansın. Əgər buna məhəl qoyulmayacaqsa, Rusiya ilə Stokholumda yerləşən Beynəlxalq Arbitraj Məhkəməsinə görüşəcəyik. Bu Rusiyaya masa arxasında keçmək və ədalətli qərar qəbul etmək üçün son xəbərdarlıqdır”.

Baş nazir bildirib ki, Ukrayna Nazirlər Kabineti Avropa Komissiyasının üçtərəfli görüşlərin keçirilməsi istiqamətində göstərdiyi səyləri də yüksək qiymətləndirir. Qeyd edək ki, Rusiya Ukraynanın qaza görə borcunun 3,492 milyard dollar təşkil etdiyini bildirir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.